Gündəm
İspaniyada futbol klubu 1 avroya satışa çıxarıldı
Məktəbdə növbəti atışma - ABŞ- da
8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir
Yeni ÖLÜMCÜL XƏSTƏLİK yayılır - Vaksini yoxdur
Nigeriyada yanvar ayından bəri yayılan Lassa epidemiyası misli görülməmiş sürətlə yayılır. Adı çəkilən virus artıq ölkənin azı 18 ştatına yayılıb. Son hesablamalara görə, təkcə doqquz həftə ərzində ölkədə 110 nəfər həlak olub. Qurbanlardan savayı 353 əlavə yoluxma halı qeydə alınıb. Yoluxanlar arasında 16 tibb işçisinin olduğu deyilir. Ümumilikdə 3 minə yaxın insan virusa yoluxmaqda şübhəli bilinir.
Azərbaycanın ATƏT-dəki Daimi Nümayəndəliyindən erməni KİV-lərində yayılan “bəyanat”a cavab
Erməni mətbuatında Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qanunsuz separatçı rejimin agentlərinin təşəbbüsü ilə dırnaqarası “bəyanatın” ATƏT-də "rəsmi sənəd" kimi yayılması ilə bağlı çıxan iddialara cavab olaraq Azərbaycan Respublikasının ATƏT-dəki Daimi Nümayəndəliyi açıqlama yayıb. ATƏT çərçivəsində müəyyən olunmuş təcrübəyə uyğun olaraq, Təşkilat Katibliyi hər hansı bir iştirakçı ölkənin tələbi ilə həmin Dövlətdən alınan hər hansı bir sənədin məzmununu dəyişdirmədən yayır.
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Qadın hərəkatının tarixi 1857-ci ildə nyu-yorklu qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.
Ərdoğan Ruhani ilə Suriyadakı vəziyyəti müzakirə etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Həsən Ruhani arasında telefon danışığı olub. Prezidentlər telefon danışığı zamanı Suriyadakı son hadisələri, Şərqi Quta ətrafında yaranan vəziyyəti müzakirə ediblər.
Polis özünü Kürə atan qızı xilas etdi
Yevlax şəhəri ərazisindəki körpüdə xidmət aparan Rayon Mühafizə Polisinin əməkdaşı Tahir Rüstəmov bir nəfər qızı xilas edib. Tahir Rüstəmov Kür çayının sahilində, xidmət apardığı körpüdə ətrafı nəzərdən keçirərkən bir nəfər gənc qızın suya atıldığını görüb. Polis əməkdaşı özünü itirmədən çevik davranaraq gənc qızı sudan təhlükəsiz yerə çıxarıb, onun həyatını xilas edib.
Qriqorçuk Tale Heydərov haqda: "O, çox xeyirxah işlər həyata keçirib"
"Bizim prezidentimiz Tale ilə mənim çox yaxınlığım yoxdu ki, o, mənə özü barədə nələrsə desin. Amma başqalarından prezidentimiz barədə eşidirəm. Bildiyim odur ki, gənc olmasına baxmayaraq, o, çox xeyirxah işlər həyata keçirib.
Nazilə efirə çıxan gəlinindən danışdı: "Çirkin əməllərində mənim adımı səsləndirir"
Şairə, aparıcı Nazilə Səfərli qardaşı arvadı Pərvanənin Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişində dediyi iradlara münasibət bildirib. Qiraətçi xanım qardaşının ailə işlərinə müdaxilə etmədiyini bildirib:
Qızı ilə danışmayan Mehriban studiyadan getmək istədi - VİDEO
ATV-nin “Bizimləsən” verilişində qonaq olan əməkdar artist Mehriban Xanlarova göz yaşlarına hakim ola bilməyib. Canlı efirə aktrisanın qızı Aysel zəng vurub.
Sumqayıtda polis əməkdaşını maşın vurdu
Sumqayıt şəhərində 28 yaşlı gənci maşın vurub. Hadisə şəhərin 12-ci mikrorayon ərazisində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Kərim Cəbrayıl oğlu Babazadə naməlum avtomobil tərəfindən vurulub. Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
ABŞ-da silahlı insident baş verib, ölən və yaralananlar var
ABŞ-ın Hörtsboro şəhərində (Alabama ştatı) restoranda atışma olub. Hadisə nəticəsində restoranın 69 yaşlı sahibi ölüb, 3 nəfər yaralanıb.
Sabah Yol polisi qadın sürücüləri təbrik edəcək
Hər il olduğu kimi bu il də Bakı Şəhər Dövlət Yol Polisi qadın sürücüləri, eləcə də yol hərəkəti iştirakçılarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edəcək. Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Xocalı soyqırımını neçə ölkə tanıyıb? — SİYAHI
Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törətdiyi, XX əsr bəşər tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımını tanıyan ölkələrin sayı getdikcə artır. Xocalı soyqırımı indiyədək dünyanın 16 ölkəsi, Amerika Birləşmiş Ştatlarının 24 ştatı tərəfindən tanınıb və pislənilib. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə əlaqədar 13 sənəd qəbul edib.














