İspaniyada futbol klubu 1 avroya satışa çıxarıldı

İspaniyanın "Rekrativo" klubu müflis elan edilib. Bu barədə "AS" nəşri xəbər yayıb.

Bildirilib ki, Uelva şəhərinin bələdiyyəsi klubun bütün borclarını ödəməyi öhdəliyinə götürüb. Belə olan halda isə "Eurosamop" şirkəti klubu 1 avro rəmzi məbləğə satın alacaq.

Maraqlıdı ki, "Rekreativo" İspaniyanın ən qədim klubudur. Bu komanda 1889-cu ildə - "Barselona"dan 10, "Real"dan isə 13 il əvvəl yaradılıb. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31