Gündəm

Bakıda Azərbaycan və Türkiyə ədəbiyyatından seçmə poeziya nümunələri səslənəcək

9 Mart 2018 09:24

 Martın 13-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan və Türkiyə ədəbiyyatının seçilən poeziya nümunələrindən ibarət “Şair və Vətən” adlı şeir gecəsi təşkil olunacaq.  Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə reallaşacaq gecə Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü münasibətilə gerçəkləşəcək.

ABŞ Türkiyəni hədələdi

9 Mart 2018 09:21

ABŞ Türkiyənin Rusiyaya məxsus "S-400" zenit-raket komplekslərini almaqdan imtina edəcəyinə ümid bəslədiyini bildirib. Belə bir açıqlama ilə NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı, Amerika generalı Kertis Skaparrotti çıxış edib.

Qadınlara həsr olunan konsert - Muğam Mərkəzində

9 Mart 2018 09:20

Beynəlxalq Muğam Mərkəzində 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində “Zərif əllər, incə tellər” adlı konsert proqramı təqdim edilib. Konsertdə kişilərdən ibarət aşıqlar qrupunun üzvləri öz ifalarını Azərbaycan qadın aşıq məktəbinin nümayəndələrinə həsr ediblər.

Sabiq məmura 11 il həbs

9 Mart 2018 09:18

 Braziliyada Petrobrasın keçmiş rəhbəri korrupsiya ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Neft-qaz nəhəngi Petrobras-ın rəhbəri Aldemir Bendini korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunur. Onun Odebrecht tikinti şirkətindən 3 milyon real (907 min dollar) rüşvət aldığı deyilir. Bundan əvvəl Bendiniyə 25 il iş istənilib.

Pakistan taliblərinin əsas rəhbərlərindən biri məhv edildi

9 Mart 2018 09:16

ABŞ ordusunun Pakistan taliblərinin düşərgəsinə endirdiyi zərbə nəticəsində onlarla terrorçu məhv edilib. Öldürülənlər arasında "Tehriki-i-taliban Pakistan" (Pakistanın Taliban hərəkatı - red) terror təşkilatının rəhbərinin oğlu Mulla Fəzlulla da var.

Daşkəsəndə BƏDBƏXT HADİSƏ: İçkili vəziyyətdə özünü asdı

9 Mart 2018 09:14

Daşkəsən sakini özünü asaraq intihar edib. Hadisə Daşkəsən şəhərində qeydə alınıb. Rayon sakini 1991-ci il təvəllüdlü Həsənov İlkin Şahin oğlu yaşadığı evdə özünü qaz şlanqı ilə asaraq intihar edib.

Bakı metrosunda KURYOZ: Valideynlər uşağı vaqonda unutdu

9 Mart 2018 09:08

"Bu gün saat 15:30 radələrində Bakı metrosunda itkin düşən azyaşlı uşaq tapılaraq valideynlərinə təhvil verilib". Bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Türkiyə İsveçə nota göndərdi

9 Mart 2018 09:08

Türkiyə Suriya kürdlərinin eks-lideri Saleh Müslümün həbs tələbi ilə bağlı İsveçə nota göndərib. Saleh Müslüm hazırda İsveçin paytaxtı Stokholmda yerləşir.

V Beynəlxalq Muğam Festivalının təntənəli açılış mərasimi 

9 Mart 2018 09:06

Heydər Əliyev Sarayında “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının açılışı münasibətilə geniş konsert proqramı təqdim edilib. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən keçirilən festivala 15-dən çox ölkə qatılıb. Konsertdən əvvəl Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti, professor Siyavuş Kərimi festivalın əhəmiyyətindən danışıb. Azərbaycan muğamının tarixi keçmişindən və müasir inkişaf səviyyəsindən söz açan rektor bu irsin qorunması və təbliğində festivalın müstəsna rol oynadığını söyləyib. 

Türkiyədə partlayış

9 Mart 2018 09:03

Prezident mühafizəçisi intihar etdi

9 Mart 2018 09:01

Ukrayna Prezidenti Petro Poroşenkonun evinin mühafizəçisi intihar edib. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.  Poroşenkonun Kiyev yaxınlığındakı Konça-Zaspe ərazisindəki evini mühafizə edən polis əməkdaşı özünü öldürüb. Xüsusi təyinatlı polis dəstəsinin serjantı olan Sergey Qalasun Poroşenkonun evinin yaxınlığında xidməti postunda intihar edib.

Tanınmış aktrisa kinostudiyanı məhkəməyə verdi

9 Mart 2018 09:00

Kanadalı məşhur aktrisa Teylor Hikson əməkdaşlıq etdiyi kinostudiyanı məhkəməyə verib. Buna səbəb 20 yaşlı aktrisanın 2016-cı ilin dekabrında "Ghostland" filminin çəkilişləri zamanı üzündən ağır yaralar alması olub.

“Könül İnciləri” təqdim olunacaq

8 Mart 2018 19:18

Martın 24 - saat 17:00-da Xətai Sənət Mərkəzində gənc modelyer rəssam Könül İncinin “Könül İnciləri” adlı fərdi sərgisi keçiriləcək. Könül İnci 1988-ci il 22 mart Bakı şəhərində anadan olmuşdur. O, 2006-cı ildə 299 saylı məktəbi bitirmiş, 2007-ci ildən moda sahəsində çalışmağa başlamışdır. 2009-cu ildən Sarabski adına Mədəniyyət evində Fərhad müəllimdən rəssamlıq dərsləri almışdır. Bakı şəhərində keçirilən bir sıra qrup sərgilərin iştirakçısı olmuşdur. Həmçinin, 2016-cı ildə Lider Tv-də yayımlanan “Zövq savaşı” televiziya layihəsində 2-ci yeri tutmuşdur.

Hərbi bazada partlayış

8 Mart 2018 09:55