Pakistan taliblərinin əsas rəhbərlərindən biri məhv edildi
ABŞ ordusunun Pakistan taliblərinin düşərgəsinə endirdiyi zərbə nəticəsində onlarla terrorçu məhv edilib. Öldürülənlər arasında "Tehriki-i-taliban Pakistan" (Pakistanın Taliban hərəkatı - red) terror təşkilatının rəhbərinin oğlu Mulla Fəzlulla da var.
9 Mart 2018 09:16 DünyaABŞ ordusunun Pakistan taliblərinin düşərgəsinə endirdiyi zərbə nəticəsində onlarla terrorçu məhv edilib.
Öldürülənlər arasında "Tehriki-i-taliban Pakistan" (Pakistanın Taliban hərəkatı - red) terror təşkilatının rəhbərinin oğlu Mulla Fəzlulla da var.
O, "Taliban"da dördüncü dərəcəli əhəmiyyətli fiqur olub. Məlumata görə, zərbə ABŞ-ın pilotsuz aparatı tərəfindən Kunar vilayətinə endirilib. Zərbə nəticəsində 20 terrorçu öldürülüb.
Pakistan mətbuatı isə bildirib ki, öldürülənlər arasında terrorçuların daha iki regional lideri -Gül Məhəmməd və Ustan Yasin də var. Report.az