22 nəfərin olduğu gəmi qəza siqnalı verdi
9 Mart 2018 09:22 DünyaBaltik dənizində, İsveçin Qotland adası yaxınlığında yük gəmisi qəza siqnalı verib. Finlandiyanın buzqıran "Nordica" gəmisi, xilasedici vertolyotu və sahil mühafizəsinin patrul gəmisi Peterburq istiqamətində üzən yük gəmisinə yaxınlaşıblar. Mənbə bildirib ki, hadisə zamanı gəminin içində 22 nəfər olub. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.
Gəmi Peterburq istiqamətində, Panama bayrağı ilə üzürmüş. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31