Prezident mühafizəçisi intihar etdi

Ukrayna Prezidenti Petro Poroşenkonun evinin mühafizəçisi intihar edib. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.  Poroşenkonun Kiyev yaxınlığındakı Konça-Zaspe ərazisindəki evini mühafizə edən polis əməkdaşı özünü öldürüb. Xüsusi təyinatlı polis dəstəsinin serjantı olan Sergey Qalasun Poroşenkonun evinin yaxınlığında xidməti postunda intihar edib.

Ukrayna Prezidenti Petro Poroşenkonun evinin mühafizəçisi intihar edib. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Poroşenkonun Kiyev yaxınlığındakı Konça-Zaspe ərazisindəki evini mühafizə edən polis əməkdaşı özünü öldürüb.

Xüsusi təyinatlı polis dəstəsinin serjantı olan Sergey Qalasun Poroşenkonun evinin yaxınlığında xidməti postunda intihar edib.

Hadisə fevralın 23-də baş verib.

Onun daha öncə də intihara cəhd etdiyi bildirilir. Hüquq-mühafizə orqanları məlumatı təsdiqləyib. Faktla bağlı cinayət işi açılıb. Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31