Polis özünü Kürə atan qızı xilas etdi

Yevlax şəhəri ərazisindəki körpüdə xidmət aparan Rayon Mühafizə Polisinin əməkdaşı Tahir Rüstəmov bir nəfər qızı xilas edib. Tahir Rüstəmov Kür çayının sahilində, xidmət apardığı körpüdə ətrafı nəzərdən keçirərkən bir nəfər gənc qızın suya atıldığını görüb. Polis əməkdaşı özünü itirmədən çevik davranaraq gənc qızı sudan təhlükəsiz yerə çıxarıb, onun həyatını xilas edib.

Yevlax şəhəri ərazisindəki körpüdə xidmət aparan Rayon Mühafizə Polisinin əməkdaşı Tahir Rüstəmov bir nəfər qızı xilas edib.

Tahir Rüstəmov Kür çayının sahilində, xidmət apardığı körpüdə ətrafı nəzərdən keçirərkən bir nəfər gənc qızın suya atıldığını görüb. Polis əməkdaşı özünü itirmədən çevik davranaraq gənc qızı sudan təhlükəsiz yerə çıxarıb, onun həyatını xilas edib.

Araşdırmalarla həmin qızın Yevlax rayon sakini olduğu məlum olub. Faktla bağlı araşdırma aparılır. (azvision.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31