Qriqorçuk Tale Heydərov haqda: "O, çox xeyirxah işlər həyata keçirib"

"Bizim prezidentimiz Tale ilə mənim çox yaxınlığım yoxdu ki, o, mənə özü barədə nələrsə desin. Amma başqalarından prezidentimiz barədə eşidirəm. Bildiyim odur ki, gənc olmasına baxmayaraq, o, çox xeyirxah işlər həyata keçirib.

Bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk klubun prezidenti Tale Heydərov və vitse-prezident Fariz Nəcəfov barədə qol.az-a müsahibəsində deyib.

"Razılaşın ki, əgər bir insan digərləri üçün yaxşılıq edirsə, bu, həyatda hər şeydən qiymətlidir. Tale məhz həmin insanlardandı. Eşitməmişəm və inanmıram da ki, onun barəsində kimsə mənfi nəsə desin. Farizə gəlincə, ona böyük hörmətim var. Onunla söhbət edəndə də demişəm, mənim idmanda fərdi qaydada yüksək uğurlar əldə edən şəxslərə simpatiyam var", - Qriqorçuk söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31