"Heç nə edə bilmədik" - Unai Emeri

"Real" bizdən daha yaxşı oynadı. Daha çox hücum etmək istəyirdik, amma birinci qol və qırmızı vərəqə şanslarımızı azaltdı. Rəqib növbəti mərhələyə keçməyə layiqdir". Bu sözləri PSJ-nin baş məşqçisi Unai Emeri Çempionlar Liqasının 1/8 finalında "Real"a 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları matçdan sonra deyib.

"Real"a məğlub olduğumuz üçün məyus deyiləm. Ancaq 1/8 finalda mübarizəni dayandırdığımıza görə məyusam. Birinci matçda biz 80 dəqiqədən çox rəqibdən daha yaxşı idik. İkinci görüşdə isə oyuna 60 faiz "Real" nəzarət etdi. Biz heç nə edə bilmədik" - deyə o bildirib. U.Emeri növbəti mövsümlərdə bu turnirin qalibi olmaq istədiklərini söyləyib: "Bunun üçün işləməyə və qələbə qazanacaq komanda qurmağa çalışacağıq. Əminəm ki, bu turnirin qalibi ola bilərik. Azarkeşlər həmin günü nə vaxtsa görəcəklər". Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31