Mənəviyyatdan, dəyərdən bəhs edənlərin mənəviyyatsızlığı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının  sədri Əli Kərimlinin illər uzunu eyni düşərgədən olan rəqiblərini bütün mümkün vasitələrdən istifadə edərək ləkələmək, bununla da sıradan çıxarmaq kimi qurduğu oyunlar indi bumeranq effekti verərək onun özünə sarı qayıdır. Söhbət Əli Kərimlinin oğlu Türkel Kərimlinin Londonda ali təhsil almaq adı altında çıxdığı min bir oyunlardan gedir. Hansı ki,  Türkel Kərimlinin etdiyi hərəkətlər atasının durmadan çığır-bağır saldığı, mənəviyyat, mədəniyyət, etika deyib durduğu mədəniyyətsizlik, mənəviyyatsızlıq və etikadan kənar hərəkətlərindən gedir.

Yaxud Əli Kərimlinin "avropalaşan" oğlunun yeni macəraları

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin illər uzunu eyni düşərgədən olan rəqiblərini bütün mümkün vasitələrdən istifadə edərək ləkələmək, bununla da sıradan çıxarmaq kimi qurduğu oyunlar indi bumeranq effekti verərək onun özünə sarı qayıdır. Söhbət Əli Kərimlinin oğlu Türkel Kərimlinin Londonda ali təhsil almaq adı altında çıxdığı min bir oyunlardan gedir. Hansı ki,  Türkel Kərimlinin etdiyi hərəkətlər atasının durmadan çığır-bağır saldığı, mənəviyyat, mədəniyyət, etika deyib durduğu mədəniyyətsizlik, mənəviyyatsızlıq və etikadan kənar hərəkətlərindən gedir.

Bu günlər yenə Türkel Kərimlinin fotoları bütün sosial şəbəkələri bürüyüb.  Məlumat üçün qeyd edək ki, hələ bir neçə il əvvəl də Əli Kərimlinin oğlunun Londonda ali təhsil almaq adı altında çıxdığı min bir oyunlar barədə məlumatlar, fotolar yayılmışdı. O vaxt Türkel Kərimlinin eyş-işrət həyatı keçirdiyi, qızlarla gecə klublarında, barlarda əyləndiyi obyektlərə tuş gəlmişdi. Və güman edilirdi ki, Türkel Kərimli bundan sonra atdığı addımlar, etdiyi hərəkətlərdə bir qədər diqqətli olacaq, bar uşağı deyil, ziyalı övladı olmağa çalışacaq. Ancaq cifayda. Görünür, Avropa həyatı, daha doğrusu qoca qitənin milli mentalitetimizə ziddiyət təşkil edən davranış və günlük yaşam tərzi AXCP sədrinin oğlunu elə təsir altına salıb ki, əvvəlki illərdə məlum olan hərəkətlərinə şükr etmək məcburiyyətində qalmışıq. Söhbət Türkel Kərimlinin cinsi oruyentasiyasının da artıq şübhə altına düşməsinə səbəb olan yeni fotoların, görüntülərinin yayılmasından gedir. Belə ki, Türkel Kərimlinin öz cinsindən olan dostları, cinsi oriyentasiyası şübhə doğuran avropalı gənclərlə milli mentalitetimizə zidd şəkildə rəqsini Azərbaycan kişisinin adına ləkə kimi qiymətləndirmək olar.

Göründüyü kimi,  Türkel Kərimli əsl Avropa "gəncinə" çevrilib.  Milli mentalitetdən uzaq, etikadan kənar, azərbaycanlılara xas hal və xüsusiyyətləri unutqan birinə. Əslində ondan başqa hərəkət gözləməyə də dəyməz. Çünki Türkel Kərimlinin hələ uşaq yaşlarından qulağına tez-tez dəyən kəlimələrdən biri məhz atası Əli Kərimlinin avropalı, daha çox hollandiyalı "gənclərə" məxsus hal və hərəkətlərə  yol verməsi olub. Hətta zamanında Əli Kərimlinin ən yaxın ətrafı belə bu etirafda bulunurdu.  "Çay axar çuxurunu tapar" prinsipini yada salsaq, o zaman Türkel Kərimli də qəbahət axtarmağa da dəyməz. Yəni bir növ aşıq gördüyünü çağırar. Türkel Kərimli illər uzunu aydın şəkildə görür ki, atası Əli Kərimli onun barədə deyilənlərə rəğmən yenə də heç nədən utanmır, çəkinmir. Belə demək mümkünsə müxalifətin müəyyən bir qisminin lderi olmağı bacarıb.  Artıq Əli Kərimli qocalıq yaşına doğru getdiyi üçün təbii ki, onu bir müddət sonra əvəzləmək lazım olacaq. Bu mənada alternativsiz lider atasının yolunu inamla "davam etdirən", Avropanın hər bir üzünü, yaşam tərzini gündəlik həyatının ayrılmaz bir hissəsinə  çevirən Türkel Kərimlidən  yaxşı seçim ola bilməz. Bəlkə də elə Əli Kərimli özü övladına bu "tövsiyəni" edərək onu qoca qitınin çirkabların atlb.

Bütün bunların fonunda maraqlı olan bir məqam var.  Əli Kərimli bundan sonra hansı mənəviyyat, etika, dəyərlərdən danışacaq. Bir neçə gün sonra təyin etdiyi və anarxiya, xaosa xidmət edən aksiyası zamanı xalqın üzünə, onun gözünə necə baxacaq? Yaxud yenə də mənəviyyatdan, dəyərlərdən danışmağa cürət edəcəkmi? Əslində cürət etməməsi lazımdır. Ancaq görəndə ki, söhbət Əli Kərimlidən gedir,  o halda əlavə şərhə ehtiyac yoxdur. Çünki Azərbaycan siyasətinə mənəviyyatsızlığı, ədəbsizliyi gətirən birisinin qanı elə həmin prinsiplərlə yoğrulduğu üçün Əli Kərimli elə yola davam deyəcək. Görək nə zamana qədər?

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31