Kasemirodan parlaq oyun, PSJ-dən mövsümün anti-rekordu
Çempionlar Liqasının 1/8 final mərhələsində keçirilən PSJ - "Real" matçında (1:2) futbolçuların fərdi statistikası açıqlanıb. Meydanda ən faydalı iş görən futbolçu qonaqların yarımmüdafiəçisi Karlos Kasemiro olub. Braziliyalı havbek 11 dəfə rəqibdən top alıb, onun 95% ötürməsi dəqiq olub. "Real"ın heyətində rəqibdən ən çox top alan Daniel Karvaxal olub - 16 dəfə. Onun ötürmə dəqiqliyi 73% təşkil edir. İspaniyalı müdafiəçi Di Maria ilə 4, Kilian Mbappe ilə 3 mübarizədən qalib ayrılıb.
7 Mart 2018 18:16 İdmanÇempionlar Liqasının 1/8 final mərhələsində keçirilən PSJ - "Real" matçında (1:2) futbolçuların fərdi statistikası açıqlanıb. Meydanda ən faydalı iş görən futbolçu qonaqların yarımmüdafiəçisi Karlos Kasemiro olub. Braziliyalı havbek 11 dəfə rəqibdən top alıb, onun 95% ötürməsi dəqiq olub. "Real"ın heyətində rəqibdən ən çox top alan Daniel Karvaxal olub - 16 dəfə. Onun ötürmə dəqiqliyi 73% təşkil edir. İspaniyalı müdafiəçi Di Maria ilə 4, Kilian Mbappe ilə 3 mübarizədən qalib ayrılıb.
Oyunda qol vəziyyətləri yaratmaqda çətinlik çəkən Paris klubu isə mövsümün anti-rekorduna imza atıb. Komanda matç ərzində 74 dəfə top itirib. Cari mövsüm PSJ hər oyuna orta hesabla 56 top itkisinə məruz qalırdı. Goal.az