Beynəlxalq Miqrasiya Təşkilatının baş direktor müavini Azərbaycana gəlib

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) baş direktorunun müavini Laura Tomsonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. “OLAYLAR” Xidmətə istinadən xəbər verir ki, Laura Tomson ölkəmizə səfəri çərçivəsində Dövlət Miqrasiya Xidmətində olub.

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) baş direktorunun müavini Laura Tomsonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. "OLAYLAR" Xidmətə istinadən xəbər verir ki, Laura Tomson ölkəmizə səfəri çərçivəsində Dövlət Miqrasiya Xidmətində olub.

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib ki, dünyada baş verən miqrasiya proseslərindən bəhs edən Xidmət rəisi deyib ki, son zamanlar münaqişələrin sayının və coğrafi məkanının genişlənməsi, qaçqın və məcburi köçkünlərin sayının sürətlə artması halları narahatedici faktorlardandır. Bildirib ki, Azərbaycan Hökuməti öz doğma yerlərini tərk etmiş insanların bütün problemlərinin həll edilməsində səylərini əsirgəmir.  Onların məşğulluq, təhsil, yaşayış, tibbi və sosial təminat ilə əlaqədar tədbirlər mərhələli qaydada uğurla həyata keçirilir. Məcburi köçkünlәr üçün yüzə yaxın müasir qәsәbә salınıb,  yüz minlərlə qaçqın və məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb və bu proses bu gün də davam etdirilir. Lakin əsas problem ərazilərin işğaladan azad edilməsi, münaqişənin həllidir ki, o da Ermənistanın destruktiv  mövqeyi nəticəsində bu vaxtadək həllinin tapmayıb. Qeyd edib ki, son illər Azərbaycana gələn əcnəbilərin sayının artması ölkəmizi son illər miqrasiya baxımından mənşə ölkəsindən tranzit və təyinat ölkəsinə çevirib.

Görüşdə Azərbaycan Respublikası ilə Avropa İttifaqı (Aİ) və bir sıra ölkələrlə icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında sazişlərin icrası istiqamətində görülən işlərdən söhbət açılıb. Readmissiyası sazişi çərçivəsində Aİ üzvü olan dövlətlərlə icra protokollarının razılaşdırılması və imzalanması işinin sürətləndirilməsinin vacibliyi qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31