AzTU-da Startap Günləri keçiriləcək

Aprelin 6-7-də Azərbaycan Texniki Universitetində (AzTU) Startap Azərbaycanla birgə Startap Günləri təşkil olunacaq.  “OLAYLAR” xəbər verir ki, Startap günlərinin keçirilməsində məqsəd yeni startapların yaradılmasına kömək etmək və bu istiqamətdə tələbələrə informasiya-metodiki dəstək, eləcə də internet biznesin inkişafına təkan vermək və milli startap infrastrukturunu inkişaf etdirməkdən ibarətdir. 

Aprelin 6-7-də Azərbaycan Texniki Universitetində (AzTU) Startap Azərbaycanla birgə Startap Günləri təşkil olunacaq.  "OLAYLAR" xəbər verir ki, Startap günlərinin keçirilməsində məqsəd yeni startapların yaradılmasına kömək etmək və bu istiqamətdə tələbələrə informasiya-metodiki dəstək, eləcə də internet biznesin inkişafına təkan vermək və milli startap infrastrukturunu inkişaf etdirməkdən ibarətdir. 
Startap Günlərində iştirak etməklə tələbələr öz ideyalarını dəyərləndirmək və gerçəkləşdirmək, tanınmış startap nümayəndələri ilə əlaqələr qurmaq, maraqlı insanlarla tanışlıqlar və gələcək əməkdaşlıqlar, komanda formalaşdırmaq imkanları qazanacaqlar. Təlimlər vasitəsilə gənclər yeni bilgilər və bacarıqlar əldə edəcəklər.
Yarışmada AzTU tələbələri ilə yanaşı paytaxtın müxtəlif məktəblərindən qatılan şagirdlər də iştirak edəcək.
Startap Günləri Startap Azərbaycan və AzTU-nun təşkilatçılığı ilə keçiriləcək. Layihəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi , YTP və İT-nin İnkişafı Dövlət Fondu dəstək verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31