Trampın qərarına etiraz edən müşaviri istefa verdi
ABŞ prezidenti Donald Trampın iqtisadiyyat üzrə baş müşaviri Hari Kon istefa etdiyini açıqlayıb. Müşavir Trampın polad və alüminiumun idxalı üçün rüsum tətbiq edəcəyini bildirəndən sonra vəzifəsindən getməyi qərara alıb: “Ölkəmə xidmət etmək və xüsusilə, tarixi vergi islahatı kimi amerikalılara töhfə verən iqtisadi artıma imkan yaradan iqtisadi siyasəti həyata keçirməkdən məmnun oldum. Prezident Trampa bu şansı mənə verdiyi üçün minnətdaram”.
7 Mart 2018 16:10 DünyaABŞ prezidenti Donald Trampın iqtisadiyyat üzrə baş müşaviri Hari Kon istefa etdiyini açıqlayıb. Müşavir Trampın polad və alüminiumun idxalı üçün rüsum tətbiq edəcəyini bildirəndən sonra vəzifəsindən getməyi qərara alıb: "Ölkəmə xidmət etmək və xüsusilə, tarixi vergi islahatı kimi amerikalılara töhfə verən iqtisadi artıma imkan yaradan iqtisadi siyasəti həyata keçirməkdən məmnun oldum. Prezident Trampa bu şansı mənə verdiyi üçün minnətdaram".
Dövlət başçısı Tramp isə xidmətləri ilə əlaqədar Kona təşəkkür edib. Eyni zamanda, tvitter hesabında müşavirinin yerinə təyin oluncaq şəxsin adını qısa müddətdə açıqlayacağını deyib. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir.