Qərbin ədalətdən kənar “ədalət” axtarışı

Son vaxtlar dünyada cərəyan edən proseslər, xüsusilə beynəlxalq terrorizmə qarşı aparılan mübarizəyə Qərbdən yaradılan maneə ədalətdən danışan dünya dövlətlərinin nə qədər ədalətsiz yanaşma sərgilədiklərini bir daha ortaya qoydu. Suriyanın Afrin bölgəsində Türkiyənin PKK/YPĞ/PYD-yə qarşı apardığı antiterror mübarizəsinə olan qeyri-adekvat münasibət də bunu bir daha təsdiqlədi ki, əslində Qərbin beynəlxalq terrorizmə qarşı mübarizə adı altında apardığı fəaliyyət heç də onun məhvinə deyil, əksinə geniş yayılmasına xidmət edir.

Və ya terrorizmə dəstək verməklə Türkiyəni məhv etmək planı

Son vaxtlar dünyada cərəyan edən proseslər, xüsusilə beynəlxalq terrorizmə qarşı aparılan mübarizəyə Qərbdən yaradılan maneə ədalətdən danışan dünya dövlətlərinin nə qədər ədalətsiz yanaşma sərgilədiklərini bir daha ortaya qoydu. Suriyanın Afrin bölgəsində Türkiyənin PKK/YPĞ/PYD-yə qarşı apardığı antiterror mübarizəsinə olan qeyri-adekvat münasibət də bunu bir daha təsdiqlədi ki, əslində Qərbin beynəlxalq terrorizmə qarşı mübarizə adı altında apardığı fəaliyyət heç də onun məhvinə deyil, əksinə geniş yayılmasına xidmət edir. Əks təqdirdə bu günlərdə beynəlxalq axtarışda olan PKK terrorçularından Salih Müslümün həbs edildikdən qısa müddət sonra azadlığa buraxılması mümkün olmazdı. Elə müstəqil ekspert Cəlal İbrahimli də bu qənaətdədir. O, bildirib ki, Qərb ölkələrinin həbs etdiyi, daha sonra sərbəst buraxdıqları terroristlər, Qərb ölkələrinin nə qədər ədalətdən, hüquqdan və həqiqi demokratiyadan məhrum olduqlarını göstərməkdədir. Ekspertin qənaətincə, bu kimi ölkələrin ədaləti, demokratiyası, hüququnun müəyyən xain qüvvələrin nəzarətində olması, dünya ədalətinə böyük zərbələr vurur: "Qərb başqa millətlərin bədbəxtçiliyi üzərində özlərinə saxta bir xoşbəxtlik quraraq, dünya millətlərini manqurtlaşdırıb, kölələşdirib və sərvətlərini də talayıb..Bu gün həm Azərbaycandan, həm də qardaşTürkiyədən Qərbə qaçaraq, dünya millətlərinin qanı üzərindən özlərinə yüksək rifah saxlayan xainlərin çörəyini yiyərək, liderlərimizin əleyhinə danışanlar bilməlidirlər ki, onlar bu gün millətimizi yox etmək istəyən saxta demokratiya,hüquq və ədalətdən məhrum bir terror dəstəkçilərinin maşalarıdırlar". Cəlal İbrahimli qeyd edib ki,Türkiyəni saxta ədalətləri və virus demokratiyaları ilə nəzarət altında tutan Qərb ölkələrinin əsas niyyətləri, son qalamızı parçalamaq,Türkiyə və Azərbaycanı xaritədən silmək idi: "Ancaq millətimiz daim məhvə gedərkən, bir qurtarıcı və bir lider gəlib.Məhz bu dövrdə də Azərbaycan məhvə gedərkən Ümummilli Lider Heydər Əliyev,Türkiyədə isə dəyərli lider Rəcəb Tayyib Ərdoğan gələrək,yenidən millətin dirilişinə, birliyinə və təhlükəsizliyinə səbəb oldular. İndi isə üzərimizdə oynanılan tilsim qirilmaqdadır. Yaxın bir zamanda Türkiyə- Azərbaycan birliyi elə düyümlənəcək ki, onu bir daha heç bir xain qüvvələr çözə bilməyəcək. Azərbaycanda ümummilli lider Heydər Əliyevin əzmi və iradəsi nəticəsində türk dünyasının Azərbaycan budağı qırılıb yox olmaqdan qorunub. Son qalamız Türkiyədə isə dik duruşlu, cəsur, qorxmaz , iradəli və ədalətli bir liderin ortaya çıxması Qərbin bütün xain planlarını pozdu və bu gəliş Türk millətinin yenidən güclənməsinə səbəb oldu". Ekspert bildirib ki, bu gün Suriya və İraqın şimalında ədalətli Türk Ordusu tərəfindən terrorun yox edilişi, TürkiyəvəAzərbaycan dövlətlərinin güçlü bir şəkildə bütövlüyünə və yenidən dirilişinə xidmət edir: "Bu diriliş yüksəldikçə, qısa zamanda Qarabağ da bizimdir, İravan da. Biz haqq etdiyimizi istəyirik. Bizim millətimiz yaradılanı yaradandan ötrü sevən bir millətdir. Bizim dilimiz sadəcə haqqı, ədaləti zikr edər.Biz haqqın hər dəyərinin və var edilənin , insana xidmət etdiyini bilən bir millətin əcdadlarıyıq. Bu baxımdan millətimiz və liderlərimiz haqq və ədalət yolunda gerçək bir qurtarıcıdırlar. Onların silahı gerçək demokratiya və ədalətdir ki, bu dəyərlər heç bir millətdə,bu gün mövcud deyil". Cəlal İbrahimli deyib ki, qəlbləri fəth edən Yeni Türkiyə, dünyamıza sadəcə səmimiyyət, sevgi və ədalət gətürməkdədir: "Türkiyə seçkilərdə Qərbin xain demokratiyasına uymamalı, öz törəsinə sahib çıxaraq seçimi həyata keçirməlidir ki, birliyimiz daim olsun. Bunların etdikləri şərdən bu gün xeyirin qalib gəldiyini görürük. Biz bu gün Suriya və İraqdan qaçan gunahsız insanlara sahib çıxdığımız kimi, terroru yox etməklə də dünyada zorla ailələrdən qaçırdılaraq, daha sonra zorla terrorist olunanları da teroristlərdən qurtarırıq. Bizim bu mübarizəmiz sadəcə insanlığın dinçliyinə. təhlükəsizliyinə və sabitliyinə xidmət edir. Biz millətin bu dünyadan istədiyi sadəcə sülh, əminəmanlıq, dinçlik və təhlükəsiz bir həyatdır.
İndi isə biz bu yolda varlığımızı qorumaq üçün, canımızı belə fəda edirik. Bu yolda heç bir xain qüvvə qarşımıza çıxa bilməz. Çünkü bizim istədiyimiz zəfər, insanların birliyi və xoşbəxtliyi üçündür".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31