Gündəm
Giləzi–Xızı (34 km)–Fındığan avtomobil yolunun tikintisi aparılır
Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Giləzi–Xızı (34 km)–Fındığan avtomobil yolunun tikintisi aparılır. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, Giləzi-Xızı avtomobil yolunun 34-cü km-dən götürən yerli əhəmiyyətli Fındığan yolunun uzunluğu 5 km-dir və IV texniki dərəcəlidir. Tikinti layihəsinə uyğun olaraq sözügedən yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilir.
OPEK fevral ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatlandırılıb
Energetika Nazirliyi Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycanın cari ilin fevral ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur
Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. “OLAYLAR”-a Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu gündən etibarən Böyük Kəsik stansiyasında və Böyük-Kəsik-Qardabani istiqamətində 5,7 km yolun əsaslı təmirinə başlanılıb. Təmir işləri bir həftə davam edəcək.
“Qədim Azərbaycan müasir gənclərin gözü ilə” adlı Art festival keçiriləcək
Martın 13-də 14-29 yaşlı gənclərin heykəltəraşlıq, təkəlduz, dəmirçilik, qrafika, qravüra, keramika, xalçaçılıq, sərraclıq, misgərlik, qadın və kişi baş örtüklərinin hazırlanması, zinət əşyalarının hazırlanması, dulusçuluq sənətinin inkişaf etdirilməsi, musiqi alətlərinin hazırlanması, milli geyimlərin hazırlanması istiqamətləri üzrə işlərini nümayiş etdirməl məqsədi ilə “Qədim Azərbaycan müasir gənclərin gözü ilə” adlı Art festival keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, Art festivalın keçirilməsində məqsəd gənclərin Azərbaycanın milli-mədəni irsi haqqında məlumatlandırılması, onlara dövlət qayğısının artırılması, eyni zamanda adət və ənənələrin qorunub saxlanması və təbliğ edilməsidir.
Məmuru aldadan 5 il azadlıqdan məhrum edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinin rəhbər şəxslərindən olan Ramin babayev və onun həyat yoldaşını aldatmaqda ittiham olunan Ayaz Məhərrəmova hökm oxunub. Məlumata görə, CM-nin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinən Ayaz Məhərrəmov 5 il azadlıqdan məhrum edilib.
Hökumət martın 16-da hesabat verəcək
Milli Məclisin martın 16-da keçiriləcək iclasının gündəliyi məlum olub. Məlumata görə, iclasın gündəliyinə 1 məsələ daxil edilib. Bu, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı”dır. İclasda deputatlar Nazirlər Kabinetinin son bir illik fəaliyyətini müzakirə edəcək, müvafiq təkliflər səsləndiriəcəklər. Parlamentdə hökumətin 2017-ci ilin yekunlarına dair hesabat məruzəsini Baş nazir Artur Rasizadənin edəcəyi gözlənilir.
Əmək Nazirliyində görüş olub
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının Azərbaycanda iş yerləri ilə bağlı tədqiqat və strategiya üzrə missiyası ilə görüş olub. Görüşdə missiyanın üzvləri- baş iqtisadçılar Muhammed İhsan Ayvad, Maykl Ueber, proqram rəhbəri Lire Ersado və xanım Elvira Anadolu iştirak ediblər.
Təyyarə qəzasında ölən Mina Başaranın ailəsindən gözlənilməz addım
Xəbər verdiyimiz kimi, ötən gün Birləşmiş Ərəb Əmirlikərindən Türkiyə istiqamətində uçuş edən özəl təyyarə Bakı vaxtı ilə 19:09 radələrində İranda yerə düşüb. Baş verən qəza zamanı 2-si pilot qadın, 1-i stüardessa, 8-i sərnişin olmaqla 11 nəfər dünyasını dəyişib. Təyyarədəki sərnişinlərin "Subaylığa son” partisindən qayıdan "Başaran Holdinq”in rəhbəri Hüseyn Başaranın qızı Mina Başaran və onun 7 rəfiqəsi olduğu açıqlanıb.
İsrail və Amerika İranla “gizlənpaç” oyununu bitirmək istəyir
“Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda elmi konfrans keçirilib
Martın 12-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda elmi konfrans keçirilib.
ABŞ Kürd dövlətinin yaradılması ideyasında israrlıdır
Amerika Birləşmiş Ştatları Orta Şərqdə gedən proseslərdə bilavasitə yaxından maraqlanan ölkələrdən heç birinin qəbul etmədiyi və hətta yaxın buraxmaq istəmədiyi Kürd dövləti ideyasını reallaşdırmaq fikrindən bir an belə əl çəkmir. Hər keçən gün ABŞ-ın və onun Qərbdəki müttəfiqlərinin bu məsələ ilə bağlı planları haqqında yeni-yeni təfərrüatlar meydana çıxır.
Ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib
Martın 12-dən 2018-2019-cu tədris ili üçün elektron sistem vasitəsilə Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonunun ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib. “OLAYLAR” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin www.mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir.
Avtobus sürücüsünü təhqir edən şəxs cəzalandırıldı
Fevralın 18-i saat 14:08-da 1 saylı marşrut xətti üzrə hərəkət edən “BakuBus”a məxsus 99-JX-256 dövlət qeydiyyat nişanlı avtobus sürücüsünün, qaydaları pozaraq avtobusun hərəkət zolağında saxlamış 99- AL-789 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü tərəfindən sərnişinlərin gözü önündə təhqir olunması ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunmuşdu. Artıq araşdırmanın nəticəsi ilə bağlı rəsmi məlumat “BakuBus” MMC-yə daxil olub.
Əmək bazarında təcrübə imkanlarını necə genişləndirmək olar?
Əmək yarmarkaları və ya vakant vəzifələrin tutulması ilə bağlı verilən elanlar əsasında işaxtaran vətəndaşların tapdıqları müvafiq işlər heç də bir çox hallarda onları qane etmir. Daha dəqiq desək işaxtaran vətəndaşın təyin olunduğu işi icra edən müddətə qədər müəssisə və ya şirkət tərəfindən təcrübəyə cəlb olunması birincinin ürəyincə olmur. Yaxud işaxtaran vətəndaş müvafiq işlə təmin olunduqda ona verilən ilk sual bu sahədə təcrübəsinin olub-olmadığı ilə bağlı olur.
Misirdəki Azərbaycan diasporu beynəlxalq festivala qatılıb
“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi və Azərbaycanın Misir Ərəb Respublikasındakı Səfirliyi Misirin “6 Oktyabr” Universitetində keçirilən beynəlxalq festivalda təmsil olunub. Festivalda 30 ölkənin səfirlik və diaspor nümayəndələri iştirak edib.













.jpg)
