Giləzi–Xızı (34 km)–Fındığan avtomobil yolunun tikintisi aparılır
Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Giləzi–Xızı (34 km)–Fındığan avtomobil yolunun tikintisi aparılır. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, Giləzi-Xızı avtomobil yolunun 34-cü km-dən götürən yerli əhəmiyyətli Fındığan yolunun uzunluğu 5 km-dir və IV texniki dərəcəlidir. Tikinti layihəsinə uyğun olaraq sözügedən yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilir.
12 Mart 2018 15:27 SosialAvtomobil Yolları Dövlət Agentliyi tərəfindən Giləzi-Xızı (34 km)-Fındığan avtomobil yolunun tikintisi aparılır. Agentlikdən "OLAYLAR"-a bildirilib ki, Giləzi-Xızı avtomobil yolunun 34-cü km-dən götürən yerli əhəmiyyətli Fındığan yolunun uzunluğu 5 km-dir və IV texniki dərəcəlidir. Tikinti layihəsinə uyğun olaraq sözügedən yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Yolun normativ eninin alınması üçün müxtəlif hissələrdə sol tərəfdə süxurların mexanizmlə kəsilməsi, həmçinin yolun torpaq yatağının bərpası üçün yararsız qruntun qazılması və çınqıl materialı ilə yolun genişləndirilməsi işləri aparılır. Yeni yol yatağının tikintisi bitə ərazilərdə optimal qum-çınqıl qarışığından sitifadə edilərək isə yeni yol əsasının tikintisi də görülür. Yolun altından suların ötürülməsini təmin etmək məqsədi ilə 64 paqon-metr dəmir boruların, həmçinin müxtəlif diametrli 162 paqon-metr dəmir-beton boruların quraşdırılması işləri də görülüb. Layihəyə uyğun olaraq hərəkətin normal təşkili üçün yol boyu 2 yerdə avtobus dayanacağı tikiləcək, 23 ədəd yol nişanı və 200 ədəd siqnal dirəyi quraşdırılacaq.