“Qədim Azərbaycan müasir gənclərin gözü ilə” adlı Art festival keçiriləcək

Martın 13-də  14-29 yaşlı gənclərin heykəltəraşlıq, təkəlduz, dəmirçilik, qrafika, qravüra, keramika, xalçaçılıq, sərraclıq, misgərlik, qadın və kişi baş örtüklərinin hazırlanması, zinət əşyalarının hazırlanması, dulusçuluq sənətinin inkişaf etdirilməsi, musiqi alətlərinin hazırlanması, milli geyimlərin hazırlanması istiqamətləri üzrə işlərini nümayiş etdirməl məqsədi ilə “Qədim Azərbaycan müasir gənclərin gözü ilə” adlı Art festival keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, Art festivalın keçirilməsində məqsəd  gənclərin Azərbaycanın milli-mədəni irsi haqqında məlumatlandırılması, onlara dövlət qayğısının artırılması, eyni zamanda adət və ənənələrin qorunub saxlanması və təbliğ edilməsidir.

Martın 13-də  14-29 yaşlı gənclərin heykəltəraşlıq, təkəlduz, dəmirçilik, qrafika, qravüra, keramika, xalçaçılıq, sərraclıq, misgərlik, qadın və kişi baş örtüklərinin hazırlanması, zinət əşyalarının hazırlanması, dulusçuluq sənətinin inkişaf etdirilməsi, musiqi alətlərinin hazırlanması, milli geyimlərin hazırlanması istiqamətləri üzrə işlərini nümayiş etdirməl məqsədi ilə "Qədim Azərbaycan müasir gənclərin gözü ilə" adlı Art festival keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, Art festivalın keçirilməsində məqsəd  gənclərin Azərbaycanın milli-mədəni irsi haqqında məlumatlandırılması, onlara dövlət qayğısının artırılması, eyni zamanda adət və ənənələrin qorunub saxlanması və təbliğ edilməsidir.

Festivalda Bakı şəhəri ilə yanaşı Sumqayıt, Şəki, İsmayıllı, Biləsuvar, Quba, Şəmkir, Gəncə, Mingəçevirdən dekorativ - tətbiqi sənət ustalarının əl işləri, xalq sənətkarlığı nümunələri nümayiş olunacaqdır. 16 mart 2018-ci il tarixinə qədər davam edəcək art festivalın açılış mərasimində dövlət rəsmilərinin və xarici ölkə səfirlərinin iştirakı nəzərdə tutulur.

İştirakçılara Gənclər və İdman Nazirliyinin diplomları təqdim ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31