ABŞ Kürd dövlətinin yaradılması ideyasında israrlıdır

Amerika Birləşmiş Ştatları Orta Şərqdə gedən proseslərdə bilavasitə yaxından maraqlanan ölkələrdən heç birinin qəbul etmədiyi və hətta yaxın buraxmaq istəmədiyi Kürd dövləti ideyasını reallaşdırmaq fikrindən bir an belə əl çəkmir. Hər keçən gün ABŞ-ın və onun Qərbdəki müttəfiqlərinin bu məsələ ilə bağlı planları haqqında yeni-yeni təfərrüatlar meydana çıxır.

Altı mərhələli planı reallaşdırmaq mümkün olacaqmı?

Amerika Birləşmiş Ştatları Orta Şərqdə gedən proseslərdə bilavasitə yaxından maraqlanan ölkələrdən heç birinin qəbul etmədiyi və hətta yaxın buraxmaq istəmədiyi Kürd dövləti ideyasını reallaşdırmaq fikrindən bir an belə əl çəkmir. Hər keçən gün ABŞ-ın və onun Qərbdəki müttəfiqlərinin bu məsələ ilə bağlı planları haqqında yeni-yeni təfərrüatlar meydana çıxır. Bu baxımdan, Türkiyənin "Daily Star" dərgisinin son günlərdə manşetə çıxardığı məlumat ABŞ və tərəfdarlarının yeni cəhdlərindən biridir. Qəzetin verdiyi məlumata görə ABŞ, Böyük Britaniya, Fransa, İordaniya və Səudiyyə Ərəbistanı Vaşinqtonda Suriya ilə bağlı gizli görüş keçiriblər. Maraqlıdır, sözügedən görüşdə hansı məsələlər ətrafında müzakirələr aparılıb? Politoloq Əlimusa İbrahimovun bildirdiyinə görə, "Daily Star" iddia edir ki, görüş zamanı iştirakçı dövlətlərin nümayəndələri Suriyanın bölünmməsi planını müzakirə ediblər, Amerika tərəfi isə Suriyanın Şimal və Şərqində avtonom respublika yaradılmasında israr edib. Görüşdə altı mərhələli plan tərtib olunan ki, həmin planın təfərrüatları aşağıdakılarıdan ibarətdir: Suriyanın Şərq və Şimal hissəsində kürdlərə aid "terror dövlətinin" yaradılması."Terror dövlətinin" Aralıq dənizinə çxışını təşkil etmək. BMT-nin yeni yaradılmış dövlətin yaradılmasına nail olmaq. Suriya üzrə Astana və Soçı görüşlərinin əhəmiyyətini azaltmaq. ABŞ tərəfindən BMT-də "terror dövləti" üçün ofisin təşkil olunması. Türkiyənin bu planın həyata keçirilməsində yardımçı olmağa məcbur edilməsi. Onun sözlərinə görə, sənədə görə Şimali Suriyadakı neftlə zəngin Deyr əz-Zor regionu "terror dövlətinin" ərazisinə daxil edilir: "Əlavə etmək yerinə düşür ki, Türkiyə kürd terroristlərinə qarşı Şimali Suriyada "Zeytun budağı" əməliyyatına başladıqdan sonra Pentaqon bu ölkənin parçalanması planını sürətləndirib və Suriya kürdlərinin nəzarəti altında olan ərazini Aralıq dənizi ilə birləşdirməyə can atır. Qəzet həmçinin, "Livan" informasiya agentliyinin bir qədər əvvəl Britaniyanın ABŞ-dakı səfirliyinin e-mail vasitəsi ilə göndərdiyi Suriyanın bölünməsi ilə bağlı 5 bəndlik plan haqqında məlumata malik oldğunu da bildirib. Ərəbcə nəşr olunan "Əl-əxbar" qəzeti yazır ki, Qərbdən olan müttəfiqləri ilə birlikdə ABŞ Suriyanın parçalnmasının hərtərəfli planını hazırlayıb və Fərat çayının Şərq sahillərinin də müharibəyə cəlb olunmasını bu plana daxil edib. Britaniyanın Vaşinqtondakı səfirliyinin Orta Şərq məsələləri üzrə diplomatı Benjamin Norman məxfi diplomatik teleqramda "Suriya üzrə kiçik Amerika qrupunun" (ABŞ, Böyük Britaniy, Fransa, Səudiyyə Ərəbistanı və İordaniya) 11 yanvar 2018-ci il tarixində Vaşinqtonda keçirilən ilk görüşü haqda məlumat verir". Politoloq qeyd edib ki, beş səhifəlik diplomatik teleqramda Suriya üzrə "Qərb Strategiyasının" detalları izah olunur. Bunlar ölkənin parçalanması, Soçi görüşünün sabotaj olunması, Türkiyənin qarşısının alınması və BMT-nin Suriya üzrə xüsusi xüsusi nümayəndəsi Cenevrə danışıqlarına rəhbərlik edən Staffan de Misturanın instruksiya edilməsindən ibarətdir. Teleqram həmçinin, qrupun ikinci görüşünün 23 yanvarda Parisdə baş tutacağı haqda məlumat verir. İkinci görüşdə kimyəvi silahdan istifadə ilə əlaqədar müzakirələrin keçirilməsi təklif olunub: "11 yanvarda Vaşinqtonda baş tutan ilk görüşdə Böyük Britaniya tərəfindən Forin Ofisin Yaxın və Orta Şərq Departamentinin rəhbəri Hugh Cleary, Fransadan Jeromi Bonnafont, Amerikadan Dövlət Katibinin Orta Şərq üzrə köməkçisi David Satterfield, İordaniyadan Navaf Tell, Səudiyyə Ərəbistanından Jamal al-Aqeel iştirak ediblər. Görüşü Amerika nümayəndəsi açaraq ikinci iclasın yanvarın 23-də Parisdə keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. David Satterfield təsdiq edir ki, həqiqətən prezident Tramp İŞİD-in məğlub edilməsinə baxmayaraq, Suriyada Amerikanın geniş hərbi kontingentinin təmsil olunması haqda qərar qəbul edib və bunun üçün hər il büdcədə 4 milyard dollar ayrılması nəzərdə tutulur. O qeyd edib ki, ABŞ-ın bolgədə mövcudluğu İŞİD-in hər hansı formada yenidən dirçəlməsinin qarşısını almalı və İranın fəaliyyət sahəsini çərçivələməlidir. Eyni zamanda, Staffan de Misturanın Cenevrə görüşünü təşkil etməsi üçün zəruri miqdarda vəsait ayrılmalı və siyası yardım olunmalıdır. Görüş iştirakçıları yekdilliklə bu təklifləri qəbul edərək 2018-ci ildə Suriyada müəyyən irəliləyiş əldə edəcəklərinə umidvar olduqlarını bildiriblər". Onun bildirdiyinə görə, "Suriya üzrə kiçik Amerika qrupunda" İsrailin iştirak etməməsi başadüşüləndir: "ABŞ İsrailsiz də onun mövqeyini yetərincə qoruyur və görüşdə elan olunmayan, amma hamının başa düşdüyü bir hədəf də odur ki, İsrailin təhlükəsizliyi yetərincə təmin olunsun. Belə olan halda İsrailin əlavə vəsait ayırıb iclaslara qatılmasına zərurət yoxdur. Maraqlı məqam ondan ibarətdir ki, ABŞ və onu müttəfiqləri Türkiyə ilə hansı dildə danışacaqlar və artıq Afrinin həndəvərində olan qoşunları hansı vədlər hesabına saxlayacaqlar? Mənbic məsələsi necə həll olunacaq? Türkiyə Türk əsgərinin qanı bahasına davam etdirdiyi hərbi əmliyyatları yarıda saxlayacaqmı? Suriyanın Amerika tərəfindən bölünməsinə Rusiya və İran adekvat cavabları nədən ibarət olacaq?"

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31