Məmuru aldadan 5 il azadlıqdan məhrum edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinin rəhbər şəxslərindən olan Ramin babayev və onun həyat yoldaşını aldatmaqda ittiham olunan Ayaz Məhərrəmova hökm oxunub. Məlumata görə, CM-nin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinən Ayaz Məhərrəmov 5 il azadlıqdan məhrum edilib.
12 Mart 2018 15:10 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinin rəhbər şəxslərindən olan Ramin babayev və onun həyat yoldaşını aldatmaqda ittiham olunan Ayaz Məhərrəmova hökm oxunub. Məlumata görə, CM-nin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinən Ayaz Məhərrəmov 5 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ayaz Məhərrəmov istintaq və məhkəmə dövründə həbsdə olmayıb, onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Lakin martın 12-də hökm oxunarkən bu qətimkan tədbiri ləğv olunub və o, məhkəmə zalında həbs edilib. Həm Ramin Babayev, həm də həyat yoldaşı Fərqanə Babayeva bu iş üzrə zərərçəkmiş qismində tanınıb. Cinayət işinin materiallarında yazılıb ki, Babayevlər birgə iş qurmaq adı ilə A.Paşayev və A.Məhərrəmova 194 min manat pul veriblər. A.Paşayev pulu götürüb Türkiyəyə qaçıb. Ayaz Məhərrəmov isə cinayət məsuliyyətinə cəlb olunub.