Gündəm
Belqradda ATIŞMA - Ölən və yaralananlar var
Serbyanın paytaxtı Belqradda atışma baş verib. Məlumata görə, ölkənin milli televiziyası atışma nəticəsində 1 nəfərin ölməsi, daha 2 nəfərin yaralanması barədə xəbər verib.
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı 500-ə çatıb
Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyədək 500 insan müraciət edib. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) xəbər verilib. Bildirilib ki, müraciətlərin qəbul olunması davam edir və hazırda 500 insan Həcc ziyarətinə getmək üçün müraciət edib. QMİ-dən onu da bildiriblər ki, müraciət edənlər arasında hələ ki təkrar Həcc ziyarətinə getmək istəyən yoxdur. Əvvəlki illərdə təkrar gedənlərin sayı isə 12 nəfər olub.
Baş nazir: "Gürcüstan hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir"
Gürcüstan hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir. Məlumata görə, bunu Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
Daxili Qoşunlara yeni qərargah rəisi təyin edilib
Daxili Qoşunlara yeni qərargah rəisi təyin edilib. Məlumata görə, bu barədə Prezident İlham Əliyevsərəncam imzalayıb. Sərəncama əsasən Tofiq Vaqif oğlu Hüseynov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları komandanının 1-ci müavini - Qərargah rəisi təyin edilib.
Azərbaycan ABŞ-a nota verib
"Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta XİN-nə çağırılıb, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası ona təqdim edilib. Həmçinin, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb". Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Regionlarda təcili yardım maşınlarına kameralar quraşdırılacaq
Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 12 regional məntəqəsindəki təcili yardım maşınlarına kameralar quraşdırılacaq. Bu barədə Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov bildirib.
Bakıda köşk və avtomobil yanıb
Paytaxt Bakıda silsilə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Nizami rayonunda ümumi sahəsi 6 m2 olan, taxtadan ibarət köşkün yanar konstruksiyaları, "AzSamand" markalı minik avtomobilinin mühərrikində elektrik naqilləri, salonunun qabaq oturacağı, şiti qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Hacıqabulda 4 otaqlı ev külə dönüb
Hacıqabul rayonunda ümumi sahəsi 110 m2 olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları 80 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Suraxanıda 3 otaqlı ev yanıb
Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 85 m2 olan birmərtəbəli 3 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə mənzilin eyvanının lambirdən ibarət tavanı 12 m2 sahədə və 1 ədəd dolab qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Mikayıl Cabbarov Qubada vətəndaşları qəbul edib
Vergilər naziri Mikayıl Cabbarov Quba şəhərində 3 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinləri iştirak edib.
Bakcell şirkəti daha bir universitetdə əmək yarmarkasına qatılıb
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell, Qərbi Kaspi Universitetinin təşkil etdiyi əmək yarmarkasında iştirak edib.
Azərbaycanın parlament futbol komandası beynəlxalq turnirin qalibi olub
Martın 11-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinə yekun vurulub. Azərbaycanın parlament futbol komandası beynəlxalq turnirin qalibi olub. “Olaylar” xəbər verir ki, turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandaları yarışırdılar.
Deputatımız Rusiyada prezident seçkisini müşahidə edəcək
Milli Məclisin deputatı Mixail Zabelin Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün martın 12-də Sankt-Peterburq şəhərinə səfər edib. MM-dən “Olaylar”a verilən məlumta görə, millət vəkili Müstəqil Dövlətlər Birliyinin müşahidəçilər missiyasının tərkibində seçkiləri izləyəcək.
Kəmaləddin Heydərov Şirvanda vətəndaş qəbulu keçirəcək
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 15 mart 2018-ci il tarixdə Salyan şəhərində, Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.
Səməd Seyidov AŞ PA-nın tədbirinə qatılacaq
Martın 12-dən 16-dək Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun, Siyasi işlər və demokratiya, Monitorinq və Daimi komitələrinin iclasları keçiriləcək. İclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.














