Səməd Seyidov AŞ PA-nın tədbirinə qatılacaq

Martın 12-dən 16-dək Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun, Siyasi işlər və demokratiya, Monitorinq və Daimi komitələrinin iclasları keçiriləcək. İclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

Martın 12-dən 16-dək Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun, Siyasi işlər və demokratiya, Monitorinq və Daimi komitələrinin iclasları keçiriləcək. İclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək. MM-dən "Olaylar"a verilən məlumata görə, tədbirlərdə terrordan əziyyət çəkənlərin qorunması, Suriyadakı vəziyyətin qonşu ölkələrə təsiri, Ukraynaya, Türkiyəyə və Ermənistana fakt araşdırıcı missiyaların səfərlərinin yekunları, Azərbaycanda və Monteneqroda keçiriləcək prezident seçkilərinə müşahidə missiyasının göndərilməsi, cari ilin aprel sessiyasının gündəliyi, 2018-ci ilin sentyabrında Ankarada keçiriləcək Parlament Sədrlərinin Avropa Konfransı və digər mövzularda müzakirələr aparılacaq. Səməd Seyidov müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcək, qeyd və təkliflərini verəcəkdir. Səfər martın 17-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31