Gündəm

İran rəsmisi: "Azərbaycan və İran arasında energetika sahəsində əməkdaşlıq üçün geniş potensial mövcuddur"

12 Mart 2018 16:54

"Hal-hazırda əlverişli şərait olduğuna görə İran şirkətləri Azərbaycanda əkin sahələrinə maraq göstərdiklərini və əkin sahələrindən istifadə etməyə hazır olduqlarını bəyan ediblər". Bunu Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının on ikinci iclası ərəfəsində İranın mədənlər, ticarət  və sənaye nazirinin müavini Müctəba Xosrovtac bildirib.

Oğrunun digər əməlləri də ifşa edilib

12 Mart 2018 16:53

Oğurluq etdiyinə görə tutulmuş şəxsin digər əməlləri də ifşa edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Azər Osmanovun ətrafında Suraxanı RPİ 33-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 22-dən martın 3-dək olan müddətdə 3 avtomobildən pul və akkumulyator oğurlaması da müəyyən edilib. Araşdırma aparılır.

Yevlax sakinini döyərək avtomobilini almaq istəyənlər tutulublar

12 Mart 2018 16:52

Yevlax rayon sakinini döyərək avtomobilini almaqda şübhəli bilinən şəxslər saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 10-da Yevlax şəhərində rayon sakini Məhərrəm Qasımovun idarə etdiyi “VAZ-21011” markalı avtomobilinə sərnişin qismində oturmuş naməlum şəxslər onu döyüb avtomobildən düşürərək qeyd edilən nəqliyyat vasitəsində hadisə yerini tərk edib.

Sumqayıtda avtomobil toqquşub- 2 nəfər ölüb

12 Mart 2018 16:50

Sumqayıt şəhərinin Koroğlu küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 12-də saat 2 radələrində Sumqayıt şəhərinin Koroğlu küçəsində Qubadlı rayon sakini Şamil Həsənovun idarə etdiyi “Hyundai” və şəhər sakini Eldar Həsənovun idarə etdiyi “OKA” markalı avtomobillər toqquşub. Nəticədə E.Həsənov və sərnişini, həmyerlisi Vüsal Quliyev hadisə yerində ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Qadının pulqabısını oğurlayan ələ keçib

12 Mart 2018 16:49

Oğurluq etdiyinə görə tutulmuş şəxsin törətdiyi digər cinayət əməli də müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Hicran Qurbanovun ətrafında Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il sentyabrın 1-də A.Kərimovanın içərisində 5500 manat və 1900 ABŞ dolları olan pulqabısını oğurlaması da müəyyən edilib.

Qadına xəsarət yetirən sürücü saxlanıb

12 Mart 2018 16:48

Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 10-da İradə Rəhimovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “VAZ-2106” markalı avtomobilin sürücüsü saxlanılıb. İlkin araşdırma zamanı onun Sumqayıt şəhər sakini Mübariz Əsgərov olduğu müəyyən edilib. Araşdırmalar davam etdirilir.

Qadını tapança ilə hədələyənin əlləri qandallanıb

12 Mart 2018 16:44

Bakı şəhər sakinindən odlu silah götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 11-də Bakı şəhər sakini Svetlana Zöhrabova Xətai RPİ-nin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, martın 10-da əri, əvvəllər məhkum olunmuş Poladın anası Zümrüd Paşayevanın yaşadığı evə gedərək tapança ilə onu hədələməsini bildirib. 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində P.Zöhrabov saxlanılıb, ondan tapança və 5 ədəd patron götürülüb.

Vilayət Eyvazov aprelin 3-də hesabat verəcək

12 Mart 2018 16:42

Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Milli Məclisə hesabat verəcəyi tarix müəyyənləşib. Məlumata görə, Milli Məclisin aprel 3-də keçiriləcək iclasında Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2017-cı il üzrə illik hesabatı deputatlar qarşısında məruzə olunacaq. Hesabatı Azərbaycanda İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini, general-leytenant Vilayət Eyvazov təqdim edəcək.

FİFA klub prezidentini qınadı: 3-5 illik cəza...

12 Mart 2018 16:41

Yunanıstan Super Liqasının XXV turunda AEK-lə matçda meydana silahla daxil olan PAOK-un prezidenti İvan Savvidisin bu hərəkəti FİFA tərəfindən pislənib. Ali futbol qurumu Savvidisi buna görə şiddətlə qınayıb. Lakin qurum onu cəzalandırmaq səlahiyyətinin olmadığını bəyan edib: "Hadisə barədə ətraflı məlumat əldə olunub. FİFA bu hərəkəti qınayır. Ancaq insident daxili birincilikdə yaşandığından, hadisə ilə bağlı qərar Yunanıstan Futbol Federasiyası tərəfindən verilməlidi".

Fransada küçədə söz atmağa görə 90 avro cərimə tətbiq olunacaq

12 Mart 2018 16:40

Fransada küçələrdə nalayiq davranışa yol verən şəxslər 90 avro həcmində cərimələnəcək. Bunu ölkə hökumətinin rəsmi nümayəndəsi Benjamen Qrevo elan edib.

Daha bir sərnişin təyyarəsi qəzaya uğradı - Göyərtədə 71 nəfər olub - YENİLƏNİB - VİDEO

12 Mart 2018 16:24

Nepalda sərnişin təyyarəsi qəzaya düşüb.  Banqladeşin US-Bangla şirkətinə məxsus təyyarə Katmandu şəhərinin Tribhuvan adına beynəlxalq hava limanının yaxınlığında qəzaya uğrayıb.

XİN Ermənistanın ittihamlarına reaksiya verdi

12 Mart 2018 16:15

Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin Helsinki Yekun Sənədi və Etimad quruculuğu tədbirlərinə dair Vyana Sənədi ilə bağlı bəyanatına münasibət bildirib.