Yevlax sakinini döyərək avtomobilini almaq istəyənlər tutulublar
Yevlax rayon sakinini döyərək avtomobilini almaqda şübhəli bilinən şəxslər saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 10-da Yevlax şəhərində rayon sakini Məhərrəm Qasımovun idarə etdiyi “VAZ-21011” markalı avtomobilinə sərnişin qismində oturmuş naməlum şəxslər onu döyüb avtomobildən düşürərək qeyd edilən nəqliyyat vasitəsində hadisə yerini tərk edib.
12 Mart 2018 16:52 KriminalYevlax rayon sakinini döyərək avtomobilini almaqda şübhəli bilinən şəxslər saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, martın 10-da Yevlax şəhərində rayon sakini Məhərrəm Qasımovun idarə etdiyi "VAZ-21011" markalı avtomobilinə sərnişin qismində oturmuş naməlum şəxslər onu döyüb avtomobildən düşürərək qeyd edilən nəqliyyat vasitəsində hadisə yerini tərk edib. Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün şəhər ərazisində daş hasara vurulmuş vəziyyətdə tapılıb. Görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri Emin İsmayılov və Əli Bayramov saxlanılıb. Yevlax RPŞ tərəfindən araşdırma aparılır.