Daha bir sərnişin təyyarəsi qəzaya uğradı - Göyərtədə 71 nəfər olub - YENİLƏNİB - VİDEO
Nepalda sərnişin təyyarəsi qəzaya düşüb. Banqladeşin US-Bangla şirkətinə məxsus təyyarə Katmandu şəhərinin Tribhuvan adına beynəlxalq hava limanının yaxınlığında qəzaya uğrayıb.
12 Mart 2018 16:24 DünyaNepalın paytaxtı Katmanduda qəzaya uğrayan Banqladeş Hava Yolu şirkətinə məxsus təyyarənin göyərtəsində 3 ekipaj üzvü 68 sərnişin olub. Məlumata görə, Nepal polisi, ən azı 38 sərnişinin öldüyünü, 23-nün yaralandığını, 10 nəfərdən isə heç bir məlumat olmadığı xəbərini verib. Milli.az
***
Nepalda sərnişin təyyarəsi qəzaya düşüb. Banqladeşin US-Bangla şirkətinə məxsus təyyarə Katmandu şəhərinin Tribhuvan adına beynəlxalq hava limanının yaxınlığında qəzaya uğrayıb. S2-AGU nömrəli təyyarə eniş edərkən enmə zolağına deyil, yaxınlıqdakı futbol meydançasına düşüb. Nəticədə təyyarə yanmağa başlayıb. Təyyarədə 70-ə yaxın sərnişinin olduğu bildirilir. Ölən və yaralananların olduğu ehtimal edilir. Turizm Nazirliyinin katibi Sureş Açarya bildirib ki, təyyarədə olan 67 nəfərdən 17-si xilas edilib və xəstəxanaya yerləşdirilib. Onlardan 4-ü ekipaj üzvüdür. Qəza ilə bağlı Katmandunun Tribhuvan adına beynəlxalq havalimanından bütün uçuşlar dayandırılıb. İlkin məlumata görə, qəzaya texniki nasazlıq səbəb olub. Hadisə yerində xilasedici qüvvələr işləyir. Apa.az yerli "Kathmandu Post" qəzetinə istinadən xəbər verir.