Gündəm

Nazirlikdən pensiyalarla bağlı – Şad xəbər

12 Mart 2018 17:48

Əmək pensiyaçılarının sosial müdafiəsinə və onların maraqlarının təminatına yönələn növbəti tədbir kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən mart ayı üzrə bütün pensiyaların maliyyələşdirilməsi Novruz bayramına kimi başa çatdırılacaq.

"Şahbaz gəzə bilmir, vəziyyəti pisdir" - Girovun qardaşı

12 Mart 2018 17:44

Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Komitəsinin rəsmi saytında kəlbəcərli girovlar - Şahbaz Quliyev və Dilqəm Əsgərova işgəncələr verilməsinə dair faktlar göstərilib. Şahbaz Quliyevin qardaşı İlham Quliyev  işgəncə faktlarını təsdiqləyib. O, qardaşının vəziyyətinin pis olduğunu deyib: "Qardaşıma və Dilqəmə işgəncə verilməsindən xəbərim var.

Tünzalə Ağayeva Bodrumda LÜKS VİLLA ALDI - VİDEO

12 Mart 2018 17:38

Əməkdar artist Tünzalə Ağayeva Bodrumda özünə villa alıb. Bu barədə tanınmış müğənni Samir Piriyev “ATV magazine onlarla” verilişində deyib. Samir Piriyev “ATV magazine onlarla” verilişinin komandası ilə Bodruma gedib. Onlar Bodrumda müğənni İradə İbrahimova ilə görüşüb. S.Priyevin sözlərinə görə, o, kurort şəhəri kimi tanınan Bodrumda Əməkdar artistlə qonşudur: “Tünzalə Ağayeva burada bizimlə qonşuqudur. Onun bu küçədə evi var”.

SSRİ xalq artisti vəfat edib

12 Mart 2018 17:37

SSRİ xalq artisti, rus teatr və kino aktyoru, rejissor Oleq Tabakov vəfat edib. Məlumata görə, bu barədə Moskva Bədii Teatrından bildiriblər. Tanınmış aktyor uzun sürən xəstəlikdən sonra 82 yaşında dünyasını dəyişib.

"Avey" dövlət qoruğuna 14 mindən çox yerli və xarici turist gəlib 

12 Mart 2018 17:35

Ötən il ərzində "Avey" Dövlət tarix-mədəniyyət qoruğuna 14 mindən çox yerli və xarici turist gəlib. Bu barədə  Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

1-ci Donor Əlaqələndirmə Görüşü keçiriləcək

12 Mart 2018 17:29

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin həmsədrliyi ilə martın 16-da 1-ci Donor ƏlaqələndirməGörüşü keçiriləcək. Qida Təhlükəsizliyi Agentliyindən “OLAYLAR”-a bildirilib ki, görüşdə beynəlxalq təşkilatların Azərbaycan üzrə nümayəndəliklərinin rəhbərləri, xarici ölkələrin Azərbaycan Respublikasına akkreditə olunmuş səfirləri və Agentliyin vəzifəli şəxsləri iştirak edəcəklər.

AzTU-da Startap Günləri ilə bağlı toplantı keçirilib

12 Mart 2018 17:27

Azərbaycan Texniki Universitetində (AzTU) 6-7 apreldə təşkil olunacaq Startap Günləri ilə əlaqədar işçi qrupu və iştirakçılarla birgə toplantı keçirilib. “OLAYLAR”-a bildirilib ki, toplantıda AzTU-nun prorektoru, professor İsa Xəlilov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, Startap Günləri ilə bağlı universitetdə işçi qrupu yaradılıb. Prorektor qeyd edib ki, innovativ ideyaları olan onlarla tələbə Startap Günlərində iştirak etmək üçün artıq qeydiyyatdan keçib.

Gədəbəydə 3 istiqamət üzrə avtomobil yolları yenidən qurulur

12 Mart 2018 17:25

Gədəbəydə uzunluğu 29 km olan 3 istiqamət üzrə avtomobil yolları əsaslı şəkildə yenidən qurulur. “OLAYLAR”-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bu respublika əhəmiyyətli Şəmkir-Gədəbəy avtomobil yolunun 30-cu km-dən ayrılan və 20 km uzunluğa malik yerli əhəmiyyətli Slavyanka-Qoşabulaq-Pərizamanlı, həmçinin 6.1 km-lik Çanaqçı-Haçaqaya və 2.9 km-lik Qoşabulaq-Sarıtala avtomobil yollarıdır.

Moqerini: “Aİ Şərq Tərəfdaşlığının yeni arxitekturasına daha praktik yanaşacaq”

12 Mart 2018 17:23

Avropa İttifaqı vətəndaşlarının yeni Şərq Tərəfdaşlığının arxitekturası ilə bağlı ehtiyaclarına daha praktiki yanaşacaq. Bunu Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini bildirib.

Ziya Məmmədov, Hafiz Məmmədov və Acunun... təyyarələri

12 Mart 2018 17:16

Martın 11-də Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə uçan “Challenger 604” təyyarəsinin İranında qəzaya uğraması xəbəri Azərbaycan mediasında da gündəm mövzulardan birinə çevrilib. Xatırladaq ki, təyyarədə olan 2-si qadın pilot, 1 stüardessa, 8 sərnişin daxil olmaqla olmaqla hamı həlak olub.

SON DƏQİQƏ! Türkiyə SQ Afrinin mərkəzini mühasirəyə almağa hazırlaşır

12 Mart 2018 17:09

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin rayonunun mərkəzini tam mühasirəyə almağa hazırlaşır. Məlumata görə, bu barədə Türkiyə KİV-ləri hərbi mənbələrə istinadən yazır.

Serj Sarkisyan: Münxen uğursuzluğu

12 Mart 2018 17:04

Almaniyanın Münxen şəhərində keçirilən təhlükəsizlik məsələlərinə dair illik konfransda bir sıra ölkələrin başçıları iştirak ediblər. Onların sırasında Ermənistan prezidenti Serj Sarkisyan da vardı. S.Sarkisyan tədbirdə çıxış edib. Bir neçə məsələni əhatə edən mətn qısadır və əsasən Ermənistanın xarici siyasət fəaliyyətindən danışan S.Sarkisyan müəyyən dərəcədə beynəlxalq siyasətə də toxunub. Ancaq onun əsas qayğısı yenə də Azərbaycan və Türkiyə ilə bağlı olub.

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Rusiyanın yeni silahları barədə: “Amerika xalqı rahat yata bilər”

12 Mart 2018 16:59

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mark Pompeo Rusiya prezidenti Vladimir Putinin bu günlərdə təqdim etdiyi yeni strateji silahlarla bağlı danışıb. Virtualaz.org xəbər verir ki, Mark Pompeo  «Fox News»  telekanalına müsahibəsində ABŞ-ın bu yeni mürəkkəb silahlardan özünü qorumaq üsullarını tapacağını deyib. Eyni zamanda bildirib ki, Putinin bütün bu danışdıqları MKİ üçün təəcüblü deyildi.

Altay M. həkim otağında əl-üzünü yuyur və... tibb bacısına yumruq zərbələri endirir

12 Mart 2018 16:58

Rusiyanın Sankt-Peterburq şəhərində xəstəxanalardan birində azərbaycanlı pasiyent həkim otağına girib əl-üzünü yuduğu üçün ona irad bildirən tibb bacısını döyüb. Hadisə zamanı ağır dərəcəli xəsarət alan tibb işcisi neyrocərrahiyyə xəstəxanasına yerləşdirilib, onun döyülməsində şübhəli bilinən azərbaycanlı hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılıb.

“Bu, rus xalqına çox baha başa gələcək...”

12 Mart 2018 16:56

ABŞ-ın müdafiə naziri, dəniz piyadalarının "quduz köpək" ləqəbli generalı Ceyms Mettis Rusiya prezidenti Vladimir Putinin bu günlərdə Federal Məclisə müraciətində bir neçə yeni silah növünü ilk dəfə nümayiş etdirməsinə münasibət bildirib. General deyib ki, Putinin yeni strateji silahlar barədə bəyanatları onu məyus edib, amma təəcübləndirməyib.