1-ci Donor Əlaqələndirmə Görüşü keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin həmsədrliyi ilə martın 16-da 1-ci Donor ƏlaqələndirməGörüşü keçiriləcək. Qida Təhlükəsizliyi Agentliyindən “OLAYLAR”-a bildirilib ki, görüşdə beynəlxalq təşkilatların Azərbaycan üzrə nümayəndəliklərinin rəhbərləri, xarici ölkələrin Azərbaycan Respublikasına akkreditə olunmuş səfirləri və Agentliyin vəzifəli şəxsləri iştirak edəcəklər.
12 Mart 2018 17:29 SosialAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin həmsədrliyi ilə martın 16-da 1-ci Donor Əlaqələndirmə Görüşü keçiriləcək. Qida Təhlükəsizliyi Agentliyindən "OLAYLAR"-a bildirilib ki, görüşdə beynəlxalq təşkilatların Azərbaycan üzrə nümayəndəliklərinin rəhbərləri, xarici ölkələrin Azərbaycan Respublikasına akkreditə olunmuş səfirləri və Agentliyin vəzifəli şəxsləri iştirak edəcəklər.
Tədbirin keçirilməsində məqsəd yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyi və beynəlxalq təşkilatlar arasındaəməkdaşlıq əlaqələri qurmaq, onların Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələrini səmərəli şəkildə əlaqələndirmək vəbu istiqamətdə Agentlik və təşkilatlar arasında fikir mübadiləsi aparmaqdır. Görüşdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti, eyni zamandaqısa və orta müddətli hədəfləri üzrə təqdimatlar keçiriləcək.
Tədbirin sonunda sual-cavab sessiyası təşkil olunacaq, beynəlxalq donor təşkilatlar tərəfindən həyata keçiriləcək layihələrin əhəmiyyəti, qarşılıqlı fəaliyyətin zəruriliyi və əməkdaşlığın prioritet istiqamətləri kimi məsələlər müzakirə olunacaq.