Gündəm

Smartfon və psixikanın korlanması arasında bağlılıq aşkar edilib

12 Mart 2018 18:30

Məlum olub ki, smartfonlar öz sahibində psixiki problemlər yarada bilər. Bu haqda “Business Insider” nəşri yazıb.

Akardan Afrin açıqlaması: İŞİD PKK sıralarına daxil olur

12 Mart 2018 18:25

Suriyalı qardaşlarımızın evlərinə, torpaqlarına ger dönmələrini təmin edirik. Bu sözləri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar deyib.

Türkiyə sərhədində yeni təxribat: Afina təlimlərə başlayır

12 Mart 2018 18:21

Yunanıstan Türkiyə ilə gərginliyə səbəb ola biləcək növbəti addım atıb. Rəsmi Afina Türkiyə ilə sərhəd olan ərazilərdə hərbi təlimlərə başlayacağını açıqlayıb.

Afrində 2 terrorçu əsir alındı - FOTO

12 Mart 2018 18:20

Afrində keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində təxminən 100 kvadrat kilometrlik ərazi terrorçulardan təmizlənib. Afrin istiqamətində uğurla irəliləyən TSQ və ASO 2 YPG terrorçusunu canlı olaraq ələ keçirib. Yaxalanan YPG terrorçularının görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Bəhreyn kralı Qətərdə terakt sifarişi verib - Şok faktlar

12 Mart 2018 18:18

1996-cı ildə Qətərdə baş vermiş uğursuz çevriliş cəhdi ilə bağlı yeni informasiya və sənədlər yayılıb. Sənədlərdə həmin dövrün Bəhreyn kralı Hamed bin İsa əl-Xəlifənin Qətərin paytaxtı Dohada silsilə partlayışlar törətmək barədə planları da yer alıb.

Salyanda yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var

12 Mart 2018 18:17

Salyan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Salyanın Peyk kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində ölənlər və xəsarət alanların olduğu bildirilir.

"Qarabağ”ın debüt oyunu haqda: Heç bir hiss yox idi

12 Mart 2018 18:16

Çempionlar Liqasında formatın dəyişdirilməsi böyük futbol ölkələrinin ürəyincədi. Bununla bağlı araşdırma aparan mütəxəssislər və KİV Çempionlar Liqasının gələn mövsümdən daha maraqlı olacağını düşünürlər. Yazıda cari mövsümün qrup mərhələsindəki bəzi oyunlar nümunə kimi göstərilib ki, onlar arasında "Çelsi" - "Qarabağ" görüşü də var.

Gürcüstanın Azərbaycana borcu azalıb

12 Mart 2018 18:14

Bu ilin fevralın 28-nə olan məlumata əsasən, Gürcüstanın Azərbaycana olan xarici borcu 8,495 mln. dollar təşkil edir.

"Qızıl Qurd"dan 54 yarış, 54 qələbə

12 Mart 2018 18:10

Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, dünya çempionu "Qızıl Qurd" ləqəbli Bəhram Rəcəbzadə Almaniyanın Köln şəhərində keçirilən peşəkar kikboksinq yarışında qələbə qazanıb.

Açıq-saçıq şəkillər çəkdirən tibb bacısı istefa verdi

12 Mart 2018 18:09

Taylandda tibb bacısı sosial şəbəkəyə yüklədiyi şəkillərə görə istefa ərizəsi yazıb. Parichat Pang Chatsri adlı tibb bacısının açıq-saçıq şəkilləri birmənalı qarşılanmayıb. 

“Rəşadın həbsdən çıxmağını gözləyirəm” - Oğlu ölən ata

12 Mart 2018 18:07

Bakı Ağır Cinayətlər Məhkəməsində əmisi oğlunu öldürməkdə təqsirləndirilən Rəşad İsgəndərovun məhkəməsi keçirlib. Hakim Mayıl Bayramovun icraatında olan prosesdə R.İsgəndərov ifadə verərək hadisənin necə baş verdiyini danışıb: "Pərvizlə mən Bakya işləməyə gəlmişdik. Türkan qəsəbəsində fəhləlik edirdik. Bir gün günorta yeməyində araq da içdik. Həmin vaxt söhbət edən də Pərviz "mənim sənə çox xeyrim dəyib" dedi. Mən isə razılaşmadım və özümün ona daha çox xeyir verdiyimi dedim. Buna görə mübahisə etdik və birlikdə marketə siqaret almağa getdik. Bu vaxt Pərviz məni söydü, nar kəsmək üçün götürdüyüm bıçaqla ona bir zərbə vurdum, ürəyindən dəydi. O yerə yıxıldı, ikimiz də sərxoş idik, həmin vaxt da nə baş verdiyini bilmədim. Təcili yardım gələnə kimi o öldü. Çox peşmanam".

Dubayda YENƏ İLK - “Ağıllı” park açılıb

12 Mart 2018 18:05

Dubayda hər şeyin bərpa oluna bilən enerji ilə işlədiyi “ağıllı” park açılıb. Məlumata görə, “Al Barsha South Park” adlanan parkda günəş batareyaları vasitəsilə işləyən parkinq yeri, eləcə də elektromobillər üçün elektrik bərpa məntəqəsi var.

Ankarada “Avrasiya Xidmət Mükafatları 2018”-in təqdimetmə mərasimi keçirilib- VİDEO

12 Mart 2018 18:03

Bir neçə gün öncə Ankarada Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasiya) tərəfindən təşkil olunan 2018-ci Beynəlxalq Avrasiya Xidmət Mükafatları Mərasimi keçirilib. Mükafatların təqdimetmə mərasimində Bilim Sənaye və Texnologiya naziri Faruk Özlü, Makedoniya Respublikası dövlət naziri professor doktor Adnan Kahil, prezident başdanışmanı Yalçın Topçu, “EkoAvrasiya” İdarə Heyətinin sədri Hikmət Ərən, “EkoAvrasiya” sədr yardımçısı Kemal Kurnaz, azərbaycanlı iş adamı “Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu, Türkiyə Böyük Millət Məclisinin üzvləri və bir çox ölkələrin Türkiyədəki səfirləri iştirak edib. 

Keyn dünya çempionatını buraxacaq?

12 Mart 2018 18:02

İngiltərə yığmasının hücumçusu Harri Keyn yayda Rusiyada keçiriləcək dünya çempionatını buraxa bilər. "Tottenhem"in 24 yaşlı futbolçusu dünən "Bornmut"la baş tutan Premyer Liqa görüşündə zədələnib.

9 ayın gəlini özünü asdı: 3 aylıq hamilə imiş

12 Mart 2018 18:00

Türkiyənin Muş rayonunun Varto qəsəbəsində, 3 aylıq hamilə qadın intihar edib. 21 yaşlı Yeter A.-nı yaxınları evlərinin həyətində asılmış vəziyyətdə tapıblar. 9 ay öncə evlənən Yeter A.-nın cansız bədəni ilə qarşılaşan yaxınları şok keçiriblər.