Bəhreyn kralı Qətərdə terakt sifarişi verib - Şok faktlar

1996-cı ildə Qətərdə baş vermiş uğursuz çevriliş cəhdi ilə bağlı yeni informasiya və sənədlər yayılıb. Sənədlərdə həmin dövrün Bəhreyn kralı Hamed bin İsa əl-Xəlifənin Qətərin paytaxtı Dohada silsilə partlayışlar törətmək barədə planları da yer alıb.

Məlumata görə, Bəhreyn kralı çevrilişə cəhd edən ordu rəhbərlərinə Dohada partlayışlar törətmək müqabilində 100 min Bəhreyn dinarı təklif edib. Çevrilişə rəhbərlik edən şəxslərə Bəhreyn və Səudiyyə Ərəbistanı pasportlarının verilməsi isə Qətərə qarşı bu ölkələrin təxribat törətdiyini sübut edib.

Qeyd edək ki, uğursuz çevriliş cəhdi zamanı Qətərdə çoxlu sayda partlayıcı yerləşdirilmiş avtomobilin tapılması təxribatın arxasında Bəhreyn kralının dayandığını iddia edənlərin fikirlərini təsdiqləyib. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31