"Qızıl Qurd"dan 54 yarış, 54 qələbə
Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, dünya çempionu "Qızıl Qurd" ləqəbli Bəhram Rəcəbzadə Almaniyanın Köln şəhərində keçirilən peşəkar kikboksinq yarışında qələbə qazanıb.
12 Mart 2018 18:10 İdmanAzərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, dünya çempionu "Qızıl Qurd" ləqəbli Bəhram Rəcəbzadə Almaniyanın Köln şəhərində keçirilən peşəkar kikboksinq yarışında qələbə qazanıb.
Bu barədə Kikboksinq Federasiyasından veriblər.Yarış kikboksinqin k-1 versiyasında keçirilib. İdmançımızın rəqibi Niderlandda yaşayan Mərakeş əsilli Mounir Hammoudidir. İdmançımız Mounir Hammoudini məğlub edərək,qələbəsini təmin edib.Bəhram Rəcəbzadə peşəkar kikboksçudur. Keçən il WAKO-nun dünya çempionatında dünya çempionu titulunu qazanıb. Bəhram Rəcəbzadə bu qədər 54 peşəkar yarış keçirərək,54-dən də parlaq qələbə qazanıb. İdmançı məşqlərini respublikanın əməkdar bədən tərbiyəsi və idman xadimi Çingiz Eyvazovun yanında davam etdirir. Goal.az