Gündəm

Paytaxtda sürət həddi aşağı salındı

12 Mart 2018 14:44

Martın 11-i axşam saatlarından başlayaraq müşahidə edilən yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb. 

Bakı Təhsil İdarəsi: "Məktəb yeməkxanalarında vəziyyətə ciddi nəzarət edilir"

12 Mart 2018 14:41

Ümumi təhsil müəssisələrinin bufet və yeməkxanalarında iaşə xidməti Nazirlər Kabinetinin “Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normalarının təsdiq edilməsi haqqında” qərarına uyğun aparılır və daim nəzarətdə saxlanılır.

İranda terror aktının qarşısı alınıb

12 Mart 2018 14:35

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ölkənin cənubundakı Saravan şəhərində terror aktının qarşısını alıb. Məlumata görə, partlayış İİKK bazasının yaxınlığında törədilməli imiş.

Sənaye parkları bölgələrin inkişafında əhəmiyyətli rol oynayır

12 Mart 2018 14:32

Azərbaycanda həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramları bir sıra yeniliklərlə müşahidə olunmaqdadır. Belə yeniliklərdən biri də bölgələrdə Sənaye Parklarının yaradılmasıdır ki, artıq bu istiqamətdə xeyli iş görülüb. Daha doğrusu respublikanın bir sıra şəhər və raonlarında sənaye parkları yaradılıb ki, bu da ölkə iqtisadiyyatının inkişafında müstəsna əhəmiyyətə malikdir.

MTRŞ: "Özlərinə ekstrasens deyən şəxslər efirdə tamaşaçıya hörmətsizlik edir"

12 Mart 2018 14:21

"Müzakirə verilişlərində, tok-şoularda ciddi, ictimai əhəmiyyət kəsb edən mövzuların müzakirəsi zəruridir və buna tamaşaçının ehtiyacı var. Kim deyirsə, belə mövzular tamaşaçı üçün maraqlı deyil, səhv edir".

Magistratura və rezidentura səviyyələrində təhsil haqları müəyyənləşib

12 Mart 2018 14:18

“Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı” yeni redaksiyada təsdiq edilib. Məlumata görə, Nazirlər Kabineti bununla bağlı “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Müsavat başqanının əsassız ittihamları və özünüifşası

12 Mart 2018 14:17

Aprelin 11-də baş tutacaq prezident seçkilərində biabırçı məğlubiyyətlə üzləşəcəklərindən ehtiyat edən radikal müxalifət liderləri indi də ciddi cəhdlə seçkinin nəticələrinə kölgə salmağa, onun demokratikliyini şübhə altına almağa çalışırlar. Xaricdəki ağalarına, Avropanın müxtəlif ölkələrindəki əlaltılarına donosların, qeyri-obyektiv məlumatların ötürülməsindən tutmuş,  seçkiqabağı ictimai-siyasi vəziyyətin qeyri-qənaətbəxş olmasına qədər cəfəng açıqlamalar, bəyanatlar verilməsinə, eyni zamanda kütləvi aksiyaların keçirilməsinə qədər bütün cəhdlər məhz aprelin 11-də baş tutacaq prezident seçkilərinə qara yaxmağa, onun azad və şəffaf keçiriləcəyinə dair şübhələr yaratmağa hesablanıb.

“Gedib cavabını versinlər...” – MTRŞ-dan Mirşahinin qalmaqallı şərhinə REAKSİYA

12 Mart 2018 14:15

“Onun “Facebook”da və ya başqa yerdə dediklərinin bizə nə dəxli var?” Bu fikirləri açıqlamasında Milli Teleradio Şurası (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov “Real” TV-nin baş direktoru Mirşahin Ağayevin sosial şəbəkədə paylaşdığı və birmənalı qarşılanmayan şərhinə münasibət bildirərkən deyib.

Vəfat edən 25 yaşlı polis müstəntiqinin toy dəvətnamələri paylanıb – ÖZƏL

12 Mart 2018 14:14

Bədbxət hadisə nəticəsində dünyasını dəyişən polis müstəntiqinin Novruz bayramından sonra toyu olacağı gözlənilirdi. Martın 10-da bədbəxt hadisə nəticəsində dünyasını dəyişən polis müstəntiqi Mirzəli Cavid Ədalət oğlu haqqında yeni məlumatlar əldə olunub. Məlumata görə, 25 yaşlı Cavid Mirzəli nişanlı olub. Onun Novruz bayramından sonra toy mərasiminin olacağı gözlənilirdi. Mərhumun yaxınlarının verdiyi məlumata görə, mərhumun toy mərasimi üçün uzaq qohumlara dəvətnamələr də paylanılıb.

Nikahdan bir neçə saat sonra yeni səhifə açıb, soyadını dəyişdirdi

12 Mart 2018 14:12

Futbolçu Arda Turanla nikaha daxil olan Aslıhan Doğan toydan 3-4 saat sonra İnstaqramda yeni səhifə açıb.  Aslıhan soyadını dəyişərək “Turan” olub. Bundan sonra o, sosial şəbəkəni “Aslıhan Doğan Turan” adı ilə işlədəcək. Onun bu qədər tezliklə soyadını dəyişdirməsi isə izləyicilərin təəccübünə səbəb olub. 

“Qəbir avantürası” kimə lazım idi?

12 Mart 2018 14:05

AntiAzərbaycan şəbəkənin üzvləri, onların daxildə və xaricdəki əlaltıları ölkədə keçiriləcək prezident seçkilərinə kölgə salmaq, onun siyasi əhəmiyyətini azaltmaq məqsədilə bütün imkanları səfərbər ediblər.

"Biri səksən manata satılan alça zəhərlidir" — Eyyub Hüseynovdan HƏYƏCAN TƏBİLİ

12 Mart 2018 14:03

"Mövsümdən sui istifadə olunub baha qiymətə satılan meyvələr-xüsusən alça yetərincə təhlükəlidir. Alçanın dənəsinin səksən manata satıldığını da görmüşük. Ancaq əminliklə deyə bilərəm ki, əhali belə malları almaqdan kənar olmalıdır".

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

12 Mart 2018 13:59

Avropa İttifaqı Rusiyanın 150 vətəndaşına və 38 şirkətinə yarım il müddətində sanksiya tətbiq edib.  Məlumata görə, Avropa İttifaqı bu qərarı onların "Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini zəiflətmək və təhdid etmək" istəyilə əlaqələndirib. Sanksiyaların müddəti 2018-ci ilin sentyabrın 15-dəkdir.

Özəl klinikaların xəstə yığma fırıldağı- ARAŞDIRMA

12 Mart 2018 13:50

Azərbaycan səhiyyəsinin kifayət qədər inkişaf etməsinə baxmayaraq hələ də pasiyentlərin müayinəsi və müalicəsi prosesində problemlər yaşanmaqdadır. Əslində ölkədə yeni-yeni səhiyyə ocaqlarının açıldığı bir məqamda, ən müasir tibbi avadanlıqlarla təmin olunan, yüksək ixtisaslı kadrlara malik klinikalarda hansısa çatışmazlığın yaşanması heç cür başa düşülən deyil.

ÜST-dan SOS! Yeni qlobal epidemiya yarana bilər - Adı "X xəstəliyi"

12 Mart 2018 13:46

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni qlobal epidemiyanın yüksək ehtimalı barədə xəbərdarlıq edib. Məlumata görə, hazırda alimlər və mütəxəssislər xəstəliyin yayılmasına səbəb ola biləcək patogenlərin tədqiqatını aparır. Alimlərin fikrincə, bu, bəşəriyyətə məlum olan viruslardan yaranan xəstəliklər və ya indiyə qədər məlum olmayan xəstəlik ola bilər. “İks xəstəliyi” adı verilən xəstəliyə məlum virusların daim mutasiya etməsi, heyvanlardan insana keçə bilən infeksiya, eləcə də laboratoriya şəraitində yaradılmış süni virusların oğurlanması səbəb ola bilər.