Gündəm

Kapitandan ikiqat yubiley

12 Mart 2018 13:43

"Neftçi"nin futbolçusu Ruslan Abışov yubiley qoluna imza atıb. Millimizin müdafiəçisi Topaz Premyer Liqasının XIX turunun "Keşlə" ilə görüşündə komandasına 3:2 hesablı qələbə qazandıran qolun müəllifi olub.  Bu qol Ruslanın Azərbaycan çempionatlarında 20-ci qoludur. O, özünün 226-cı matçında buna nail olub.

Azərbaycanın real gücə hesablanan hərbi potensialı- MÖVQE

12 Mart 2018 13:40

Ölkədə həyata keçirilən düzgün idarəçilik sistemi, uğurlu siyasi, iqtisadi və sosial islahatlar bütün sahələrdə dinamik inkişafa səbəb olub desək yanılmarıq. Bu gün Azərbaycanda ictimai-siyasi vəziyyətin normal olması, iqtisadi göstəricilərimizə görə nəinki yerləşdiyimiz coğrafiyadakı ölkələri, hətta dünyanın aparıcı dövlətlərini geridə qoymağımız, eləcə də sosial və humanitar, mədəni sahədə həyata keçirilən uğurlu islahatlar və əldə edilən nəticələr məhz düzgün idarəçilik sisteminin təqbiqinin məntiqi nəticəsidir.

Demokratik parlamentli Cümhuriyyət

12 Mart 2018 13:34

Ötən əsrin ikinci onilliyində ümumibəşəri dəyərlərə söykənərək milli istiqlal ideyalarını aşılayan bir cumhuriyyətin qurulması təkcə Şərq aləmində deyil, eləcə də bütün dünyada əsil tarixi hadisəyə çevrildi. Belə ki,1918-ci il mayın 28-də dünya dövlətləri üçün örnək ola biləcək respublika - Azərbaycan Xalq Cümhuriyyəti (AXC) quruldu.

Uğurlu sosial siyasət əhalinin rifah halının yüksəlməsinə xidmət edir

12 Mart 2018 13:32

Son onilliklərdə dünya ölkələrində iqtisadi böhran yaşandığı bir məqamda Azərbaycanda həyata keçirilən düşünülmüş siyasət nəticəsində dayanıqlı iqtisadi inkifaf təmin edilib. Etiraf edilməlidir ki, həyata keçirilən iqtisadi islahatlar Azərbaycanda çoxsaylı sosial layihələrin reallaşmasına imkan yaradıb. Bu isə öz növbəsində əhalinini rifah halının daha da yüksəlməsinə səbəb olub.

MTRŞ: “Real” TV bu həftə ərzində fəaliyyətə başlayacaq

12 Mart 2018 13:30

“Real” TV bu həftə ərzində fəaliyyətə başlayacaq. Bu barədə  Milli Televiziya və Radio Şurasından (MTRŞ) məlumat verilib. “Real” TV-nin “Azerspace”də yayım tezliyi 11135, polarization, horizontal və symbol rate 27500 olacaq.

"Nübar", Masazır, "Zəli gölü" və Zığ sürüşmə sahələrində yenə AKTİVLİK var

12 Mart 2018 13:29

Son günlər ərzində yağan yağışlar Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində sürüşmə prosesinin aktivləşməsinə səbəb olmayıb. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Mikayıl Cabbarov Fazil Məmmədovun işdən azad etdiyi şəxsə vəzifə verib

12 Mart 2018 13:25

Vergilər Nazirliyində yeni təyinat olub. Nazir Mikayıl Cabbarov Manaf Bayramovu özünə yeni müşavir təyin edib. O, vaxtilə Bakı Vergi Departamentinin rəisi olub. III dərəcəli vergi xidməti müşaviri 2005-ci ilin noyabrında keçmiş vergilər naziri Fazil Məmmədovun əmri ilə vəzifəsindən azad edilib.

Azərbaycanda ana ölümlərinə görə 50-dən çox həkim və orta tibb işçisi cəzalandırılıb

12 Mart 2018 13:18

Ötən il baş verən ana ölümlərinə görə Azərbaycanda 50-dən çox həkim və orta tibb işçisi – tibb bacıları, akuşerlər və s. cəzalandırılıb. Bunu Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova deyib. 2017-ci il ərzində Azərbaycanda 21, bu il isə 3 ana ölümünün baş verdiyini xatırladan S.Məmmədova qeyd edib ki, ötən ilki ana ölümləri zamanı bir necə halda həkim səhvi olub.

Piylənməyə səbəb olan qidalar - Son 30 ildə zərərli maddələr xeyli artıb

12 Mart 2018 13:15

"McDonalds"ın fastfudları ilə bağlı yeni araşdırma aparılıb. Araşdırmalar nəticəsində məlum olub ki, 30 il boyunca fastfudların tərkibindəki xeyirli maddələrin (protein) miqdarı xeyli azalıb, zərərli maddələrin (şəkər, duz və yağ) miqdarı isə dəfələrlə artıb.

Azərbaycanda demokratik media ənənələri uğurla inkişaf edir

12 Mart 2018 13:09

Azərbaycanda kütləvi informasiya vasitələri, medianın inkişafı hər zaman dövlətin əsas diqqət mərkəzində olub. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət günümüzdə də uğurla davam etdirilir.

Azərbaycanda dəhşət: Dayım 8 il mənə təcavüz etdi - VİDEO

12 Mart 2018 13:07

Dayı bacısı qızına 8 il təcavüz etdi. Space TV-də 14 yaşlı Jalə (ad şərtidir - red.) haqqında reportaj hazırlanıb. 8 ildir doğma dayısının təcavüzünə məruz qalan Jalənin acı həyat hekayəsi o, 3 yaşındaykən başlayıb.

Peruda üçbarmaqlı yadplanetli mumyası tapıldı

12 Mart 2018 13:04

Perunun Nazka bölgəsində ötən ilin yay aylarında mumya tapılıb. Bununla bağlı alimlərin tədqiqatı davam edir. Bu günə qədər də mumyanın insan yoxsa yadplanetli olduğu bilinmir. İncə uzun kəllə sümüyü olan mumiyanın əl və ayaqlarında 3 barmağı var. Alimlər onun fərqli canlı növü və ya yadplanetli olub-olmadığını araşdırır.

Yağış təəssüratları və alqışlar...

12 Mart 2018 13:01

Yağış hər fəsildə gözəldir. Səhərə kimi yağış yağıb. Mən damcıların pəncərəyə necə dəydiyini yuxunun arasından eşidirəm. Səhər oyanan kimi pəncərənin qarşısına gəlib şəhərə baxıram. Şəhər tam oyanmayıb. İstirahət günüdür axı...

Yaponiyada ən iri tunes balığı hərracda satıldı - 67 min $

12 Mart 2018 12:56

Bu gün Yaponiya balıqçılığı tarixində ən iri tunes balığı hərracda satışa çıxarılıb. Məlumata görə, çəkisi 450 kq, uzunluğu 2,74 m olan tunes ovlanan bu növ balıqların mütəmadi qeydiyyatının aparıldığı 1949-cu ildən tutulan ən ağır çəkili tunes olub. Balıq auksionda 7,15 milyon yen - təqribən 67 min dollara satılıb.