Gündəm
Prezident seçkiləri ilə əlaqədar xaricdə 41 seçki məntəqəsi yaradılacaq - SİYAHI
Azərbaycan Prezidenti seçkiləri ilə əlaqədar olaraq 32 xarici ölkədə 41 seçki məntəqəsi yaradılacaq. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib. Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında Azərbaycan Prezidenti seçkilərinin təşkili məqsədilə gücləndirilmiş rejimdə zəruri tədbirlər görülməkdədir. Bununla əlaqədar olaraq, Xarici İşlər Nazirliyinin müvafiq idarələrinin əməkdaşlarından ibarət işçi qrup yaradılıb və Mərkəzi Seçki Komissiyası ilə əlaqələndirilmiş şəkildə iş aparılır.
Bakıya yağış, rayonlara qar yağacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.
Alpinistlərin axtarışı ilə bağlı son vəziyyət açıqlandı
Qubada dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.
Ermənistanda 25 yaşdan yuxarı qadınlar iş tapa bilmir
8 Mart Beynəlxalq Qadınlar günü ərəfəsində Beynəlxalq Əmək Təşkilatı qadınların işsizliyinə dair məlumat-hesabat yayıb. Hesabata əsasən Ermənistanda 25 yaşdan yuxarı qadınların 17,3%-i iş tapa bilmir. Müqayisə edilib ki, Gürcüstanda bu göstərici 7,7%, Azərbaycanda isə 4,8 faizdir. Nəşr yazır ki, hesabatdan əlavə Ermənistanda rəsmi statistika idarəsinin ötən il yaydığı məlumatda vəziyyətin acınacaqlı olduğu görünür. Belə ki, məlumata əsasən ötən il Ermənistanda 76 min 624 işsiz qeydə alınıb ki, onlardan 50 min 593-ü (60%-dan çoxu) qadındır.
XİN prezident seçkilərinə hazırlıq işləri ilə əlaqədar məlumat yayıb
Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında prezident seçkilərinin təşkili məqsədilə gücləndirilmiş rejimdə zəruri tədbirlər görülməkdədir.
Smartfonlar insan psixikasına mənfi təsir edir — Alimlərdən ŞOK AÇIQLAMA
Smartfon sahibinin psixikasında problemə səbəb ola bilər. Bu barədə alimlər araşdırma aparıblar və nəticəni açıqlayıblar. Məlum olub ki, müntəzəm zənglər və bildirişlər stress hormonlarını fəaliyyətə keçirir və müntəzəm olaraq müdafiə reaksiyasını işə salır.
Yas mərasimində 58 nəfər zəhərləndi
Qazaxıstanın Akmola rayonunda 50-dən çox adam zəhərlənib. Məlumata görə, Qazaxıstanın şimalındakı Akmola rayonunun Şortandi kəndində yas mərasimi keçirilib. Mərasimdə iştirak edən 150 nəfərdən 45-i zəhərlənib.
Rəşid Behbudovun qızından Faiq Ağayevə ETİRAZ
Dünya şöhrətli Rəşid Behbudovun qızı Rəşidə Rəşid Xalq artisti Faiq Ağayevə etiraz edib. Rəşidə Rəşid bununla bağlı açıqlamasında bildirib ki, Faiq Ağayev Türkiyənin məşhur müğənnilərindən biri Müşərrəf Akayla birlikdə “Sənə də qalmaz” mahnısını səsləndirsə də, Rəşid Behbudovun adını çəkməyib: “Bilirsiniz ki,“Sənə də qalmaz” mahnısı Tofiq Quliyev tərəfindən 1960-cı illərdə yazılıb və sözləri Rəsul Rzaya məxsusdur.
Azər Həsrət: "Müxalifətin mitinqi quş qoymaq üçün idi"
"Milli Şura" adlanan qurum özünün növbəti biabırçı mitinqini keçirdi. Bu biabırçılıq istər aksiya iştirakçılarının sayı, istər tərkibi, istərsə də orada səslənən şüarlarda özünü açıq göstərirdi”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Millət vəkili: “Milli Şura”nın mitinqi sönüklüyü ilə yadda qaldı”
“Müxalifətin mitinq keçirməsi Azərbaycanda demokratiyanın, azad toplaşma hüququnun olduğunun göstəricisidir”. Bunu millət vəkili Azər Badamov deyib.
Küləkli havada dənizdə köməksiz qalmış iki nəfər xilas edilib
Bu il martın 9-da Astara reydində “ŞA-284” bort nömrəli “Yamaha-85” mühərrikli üzmə vasitəsinin 2 nəfərdən ibarət heyəti tərəfindən DSX Sahil Mühafizəsinin “Kələdəhnə” sahil nəzarəti məntəqəsinə mühərrikdə yaranmış nasazlıq səbəbindən xilas edilmələri barədə müraciət edilib.
Qalib komandalar mükafatlandırılıb
Məktəblilərdən ibarət komandalar arasında stolüstü tennis üzrə yarış keçirilib. “OLAYLAR” xəbər verir ki, yarış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 238 nömrəli tam orta məktəbdə təşkil olunub.
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 12-dən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.
Qəzaya uğrayan Türkiyə təyyarəsinin pilotunun son sözləri ORTAYA ÇIXDI - VİDEO
BƏƏ-dən İstanbula gedərkən İranda qəzaya uğrayan "Başaran Holdinq"ə məxsus özəl təyyarənin pilotunun dispeçer qülləsi ilə son danışığı ortaya çıxıb.
Xəbəri Demet yaydı: "Uşağını itirə bilər"
Müğənni Demet Akalın futbolçu Caner Erkinin hamilə xanımı, aktrisa Şükran Ovalı ilə bağlı gözlənilməz açıqlama verib. Məlumata görə, ifaçı 3 aylıq hamilə Şükranın körpəsini itirə biləcəyini deyib: “Şükran mənim qonşumdur. Zəng vurub ağladı ki, uşaqsalma təhlükəsi var. Avtomobil qəzasından sonra haqqında yazılanlara görə çox pis olub. Hamilə insanı fikirləşmək lazımdır. Mən də belə xəbərlərə əsəbiləşirəm”.














