Yas mərasimində 58 nəfər zəhərləndi
Qazaxıstanın Akmola rayonunda 50-dən çox adam zəhərlənib. Məlumata görə, Qazaxıstanın şimalındakı Akmola rayonunun Şortandi kəndində yas mərasimi keçirilib. Mərasimdə iştirak edən 150 nəfərdən 45-i zəhərlənib.
12 Mart 2018 12:35 DünyaQazaxıstanın Akmola rayonunda 50-dən çox adam zəhərlənib. Məlumata görə, Qazaxıstanın şimalındakı Akmola rayonunun Şortandi kəndində yas mərasimi keçirilib. Mərasimdə iştirak edən 150 nəfərdən 45-i zəhərlənib. Daha sonra zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edənlərin sayı 58-ə yüksəlib. Onlardan 15 nəfəri xəstəxanaya yerləşdirilib, 43 isə ambulator müalicəyə buraxılıb.
Qeyd edək ki, mütəxəssislər yas mərasimində verilən ətli xörəyin zəhərlənməyə səbəb olduğunu düşünürlər. AzNews.az dünya mətbuatına istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31