Azər Həsrət: "Müxalifətin mitinqi quş qoymaq üçün idi"
"Milli Şura" adlanan qurum özünün növbəti biabırçı mitinqini keçirdi. Bu biabırçılıq istər aksiya iştirakçılarının sayı, istər tərkibi, istərsə də orada səslənən şüarlarda özünü açıq göstərirdi”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
12 Mart 2018 12:20 Siyasət"Milli Şura" adlanan qurum özünün növbəti biabırçı mitinqini keçirdi. Bu biabırçılıq istər aksiya iştirakçılarının sayı, istər tərkibi, istərsə də orada səslənən şüarlarda özünü açıq göstərirdi". Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, müxalifətin mitinqi quş qoymaq üçün idi: "Təbii, özləri də anlayırlar ki, Azərbaycanda ümumi siyasi vəziyyət hakimiyyətin xeyrinədir. Özü də böyük hesabla. Yəni alternativ qüvvə kimi təzahür etmək istəyənlərin uğursuzluğa düçar olacağı şübhəsizdir. Bunu bildikləri halda mitinq keçirmələri ondan xəbər verir ki, məqsədləri tamam fərqlidir. O fərqi isə hər kəs yaxşı bilir: mühacir biznesini inkişaf etdirib pul qazanmaq. Mitinqin belə sönük alınması da onunla bağlıdır. İnsanlar artıq bunların alverçi xislətini bildikləri üçün güvənmir, mitinqlərində kütləviliyi təmin etmirlər".
Qeyd edək ki, martın 10-da "Milli Şura" və Müsavat Partiyasının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) keçirdiyi birgə mitinq insidentsiz başa çatıb. Sia.az