Gündəm
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT ETDİ
Yol polisi qeyri-sabit və yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov sürücüləri diqqətli olmağa çağırıb: “Sürücülərə müraciət edirik ki, yolların sürüşmə ehtimalının olmasını nəzərə alaraq minimum sürətlə hərəkət etsinlər, qoyulmuş yol nişanlarına diqqət yetirsinlər, nizamlanan yolayrıclarında diqqətli olsunlar, keçmə növbəliliyini təmin etsinlər”.
Bayıl sürüşmə sahəsində vəziyyət açıqlanıb
Bayıl sürüşmə sahəsində mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib ki, sürüşmə sahəsində ciddi aktivlik müşahidə olunmur.
Rus kəşfiyyatçı: "Kreml bu 6 şəxsi məhv edəcək"
Moskvanın Sergey Skripaldan sonra növbəti hədəfi SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş zabiti Yuri Şvets olacaq. Bunu “Mirror” qəzetinə müsahibəsində rusiyalı kəşfiyyatçı Boris Karpiçkov söyləyib. Onun sözlərinə görə, Şvetslə bərabər, Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Vladimir Rezun da ("Viktor Suvorov" təxəllüsü ilə məşhurdur) Kremlin hədəfi ola bilər.
Buraxılış imtahanı təyin edildi – 18 mart
Martın 18-də Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı rayonlarının, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi baş tutacaq.
Netanyahu: "Bu ölkə imperiya qurur, qarşısını alın!"
İran Yaxın Şərqdə dünyaya dominatlıq edəcək imperiya qurmağa cəhd edir. Bunu “Foks Nyus” televiziyasına müsahibəsində İsrail Baş naziri Benyamin Netanyahu deyib.
Avropanın göbəyində anti-demokratik addım atılır
“Dağlıq Qarabağda girov saxlanılan iki vətəndaşımıza qarşı mənəvi və fiziki təzyiq edildiyi haqqında müxtəlif mənbələrdən məlumatlar daxil olur. Bu məsələni Beynəlxalq İnsan Haqları Komitəsinin Azərbaycan Nümayəndəliyi Parisdə yerləşən mərkəzi ofisin diqqətinə çatdırıb. Bundan sonra həngamə qopub”.
Nazir Naftalanda vətəndaşlarla görüşəcək
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev martın 15-də saat 11.00-da Naftalan şəhərində vətəndaşları qəbul edəcək.
Dədə Şəmşirin 125 illik yubileyi qeyd ediləcək
Əməkdar incəsənət xadimi, şərəf ordenli ustad sənətkar Dədə Şəmşirin 125 illik yubileyinə həsr edilən Saz-Söz bayramı adlı tədbir keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyindən daxil olub.
Azərbaycanın beynəlxalq təşkilatlarından birləşmə qərarı
Mərkəzi İsveçin Malmö şəhərində yerləşən , tanınmış ictimai xadim, keçmiş DAK sədri Cavad Deraxtinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Milli Birlik Təşkilatı və mərkəzi Almaniyanın Köln şəhərində yerləşən Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri, Rəşad Quliyevin arasında görüş keçirilib.
Muzeyə nadir sikkələr hədiyyə edildi
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi davamlı olaraq öz kolleksiyalarını zənginləşdirir. Belə ki, muzeyə Şirvanşahlar dövlətinin şahzadəsi Bürhan Əliyə (v. 1549) məxsus 6 ədəd gümüş təngə hədiyyə edilib. Kolleksiyaçı Ruslan Rəhimovun təqdim etdiyi bu nadir tapıntılar muzeyin Numizmatika fonduna təhvil verilib.
Ceyhun Musaoğludan mərhum jurnalistlərin ailələrinə dəstək təklifi
"Biz sağıq, amma onlar dünyalarını dəyişiblər. Mətbuatın inkişafında, cəmiyyətin dolğun və operativ informasiya ilə təminatında mərhum jurnalistlərimizin rolu danılmazdır. Dünyasını dəyişən həmkarlarımızın hər biri sağlığında tanınmış imza olublar. Biz dirilərin borcu onların ailələrinə qayğı göstərməkdir. Təəssüf ki, sağ jurnalistlər mərhum jurnalistlərdən mənəvi mənada aralı düşüblər".
Azərbaycanda nə qədər KİV var? - Rəsmi STATİSTİKA
2017-ci il ərzində Azərbaycanda 72 mətbu nəşr uçota götürülüb. Bu barədə Nazirlər Kabinetinin 2017-ci il hesabatında bildirilib. Hesabatda vurğulanıb ki, respublikada qeydiyyata alınan kütləvi informasiya vasitələrinin sayı 5194-ə çatıb.
ABŞ Meksika və Kanada arasında kanala çevriləcək – Rusiyadan TƏHDİD
“Amerika generalları özlərinin güclü strateji sualtı qayıqları haqqında lovğa-lovğa danışa bilərlər, amma zərbəni vurmağa heç vaxt cürət etməyəcəklər”. Bunu ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri general Con Haytenin bəyanatını şərh edən hərbi ekspert Viktor Litovkin “Ulduz” telekanalına açıqlamasında deyib.
Səhiyyə Nazirliyindən məktəblilərin abort etdirməsi ilə bağlı məlumatlara RƏSMİ MÜNASİBƏT
Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova Azərbaycanda 1200 məktəbli qızın abort etdirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Hindistanda meşə yanğınlarında 9 turist yanaraq ölub
Hindistanın cənubunda Tamilnad ştatının Kuranqani rayonunda başlayan meşə yanğınları geniş miqyas alıb. Məlumata görə, meşə yanğınları tələfatsız ötüşməyib. Belə ki, yanğınlar nəticəsində 9 nəfər həlak olub, daha 18 nəfər yaralanıb.














