Azərbaycanın beynəlxalq təşkilatlarından birləşmə qərarı

Mərkəzi İsveçin Malmö şəhərində yerləşən , tanınmış ictimai xadim, keçmiş DAK sədri Cavad Deraxtinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Milli Birlik Təşkilatı və mərkəzi Almaniyanın Köln şəhərində yerləşən  Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri,  Rəşad Quliyevin arasında görüş keçirilib.

Mərkəzi İsveçin Malmö şəhərində yerləşən , tanınmış ictimai xadim, keçmiş DAK sədri Cavad Deraxtinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Milli Birlik Təşkilatı və mərkəzi Almaniyanın Köln şəhərində yerləşən  Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri,  Rəşad Quliyevin arasında görüş keçirilib. DAA-dan "OLAYLAR"-a bildirilib ki, görüşdə dünyada  mövcud olan Azərbaycan təşkilatlarının fəaliyyəti, Azərbaycanın tanıdılması istiqamətində görülən və görüləcək işlər müzakirə edilib. Müzakirənin sonunda mühüm qərar qəbul olunub. Belə ki,  hər iki təşkilat arasında birləşmə haqqında razılaşma əldə edilib və ilkin əldə olunan  razılığa əsasən   qurultayın sentyabr ayında Almaniyanın Köln şəhərində keçirilməsi qərara alınıb.

Qeyd edək ki , bu günlərdə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən təşkilatların birgə bəyanat yayaraq birlik qurultayını dəstəkləyəcəklərini bəyan edəcəkləri gözlənilir. Birlik ideyası ətrafında ölkəmizin xaricində bir çox təşkilatların qoşulacağı gözlənilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31