Bayıl sürüşmə sahəsində vəziyyət açıqlanıb

Bayıl sürüşmə sahəsində mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib ki, sürüşmə sahəsində ciddi aktivlik müşahidə olunmur.

Dəstə rəisi qeyd edib ki, sürüşmə sahəsindəki çatlarda, ərazidə quraşdırılmış mayaklarda hər hansı dəyişiklik baş verməyib: "Sürüşmə sahəsində hazırda aktivlik müşahidə olunmur. Yağışlar gecədən yağmağa başlayıb. Sürüşmənin aktivləşməsi üçün yağıntılar müəyyən qatlara çatmalıdır".

Səhiyyə Nazirliyindən məktəblilərin abort etdirməsi ilə bağlı məlumatlara RƏSMİ MÜNASİBƏT

Qeyd edək ki, bir müddət əvvəl Bayılda sürüşmənin aktivləşməsi nəticəsində ərazidəki 4 evə ziyan dəyib, 90-dan çox evin sakini ərazidən köçürülüb. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31