Muzeyə nadir sikkələr hədiyyə edildi

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi davamlı olaraq öz kolleksiyalarını zənginləşdirir. Belə ki, muzeyə Şirvanşahlar dövlətinin şahzadəsi Bürhan Əliyə (v. 1549) məxsus 6 ədəd gümüş təngə hədiyyə edilib. Kolleksiyaçı Ruslan Rəhimovun təqdim etdiyi bu nadir tapıntılar muzeyin Numizmatika fonduna təhvil verilib.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi davamlı olaraq öz kolleksiyalarını zənginləşdirir.

Belə ki, muzeyə Şirvanşahlar dövlətinin şahzadəsi Bürhan Əliyə (v. 1549) məxsus 6 ədəd gümüş təngə hədiyyə edilib. Kolleksiyaçı Ruslan Rəhimovun təqdim etdiyi bu nadir tapıntılar muzeyin Numizmatika fonduna təhvil verilib.

Sikkələr dövrün tədqiqatı baxımından mühüm əhəmiyyətə malikdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31