Millət vəkili: “Milli Şura”nın mitinqi sönüklüyü ilə yadda qaldı”
“Müxalifətin mitinq keçirməsi Azərbaycanda demokratiyanın, azad toplaşma hüququnun olduğunun göstəricisidir”. Bunu millət vəkili Azər Badamov deyib.
12 Mart 2018 12:17 Siyasət"Müxalifətin mitinq keçirməsi Azərbaycanda demokratiyanın, azad toplaşma hüququnun olduğunun göstəricisidir". Bunu millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, "Milli Şura" düşünürdü ki, dövlət müxalifətin seçkiqabağı sərbəst toplaşmasına imkan verməyəcək: "Əsla bu belə deyil. Normal cəmiyyətdə müxalifət olur, hətta xaricdən tapşırıq alan radikal müxalifət də. Azərbaycan hüquqi demokratik ölkədir. Ölkə qanunlarına riayət etməklə vətəndaşların sərbəst toplaşmaq hüququnu da heç kim məhdudlaşdırmır. "Milli Şura"nın keçirdiyi mitinq isə əvvəlki toplantılardan heç nə ilə fərqlənmirdi. Mitinq sönüklüyü ilə yadda qaldı. Eyni şüarlar, eyni yalan və gülünc ittihamlar. Artıq cəmiyyət belə sözləri eşitməkdən yorulub. Cəmiyyət kimin nəyə qadir olduğunu və kimin tapşırıqları, maliyyəsi haradan gəldiyini yaxşı bilir. Ona görə də belə mitinqlər müəyyən dairələrə göstərmək üçün, yəni tapşırıq icra olundu xarakterli tolantı hesab edirəm". Sia.az