Yaponiyada ən iri tunes balığı hərracda satıldı - 67 min $

Bu gün Yaponiya balıqçılığı tarixində ən iri tunes balığı hərracda satışa çıxarılıb. Məlumata görə, çəkisi 450 kq, uzunluğu 2,74 m olan tunes ovlanan bu növ balıqların mütəmadi qeydiyyatının aparıldığı 1949-cu ildən tutulan ən ağır çəkili tunes olub. Balıq auksionda 7,15 milyon yen - təqribən 67 min dollara satılıb. 

Bu gün Yaponiya balıqçılığı tarixində ən iri tunes balığı hərracda satışa çıxarılıb. Məlumata görə, çəkisi 450 kq, uzunluğu 2,74 m olan tunes ovlanan bu növ balıqların mütəmadi qeydiyyatının aparıldığı 1949-cu ildən tutulan ən ağır çəkili tunes olub. Balıq auksionda 7,15 milyon yen - təqribən 67 min dollara satılıb. Tunes martın 9-da Honsü adasından 555 km cənubda, Oqasavara adalarında ovlanıb. Balıqçılar tunesi sudan çıxartmağa təqribən 1 saat vaxt sərf ediblər.

Xatırladaq ki, ötən ilin mart ayında Katsuura limanından olan ovçular çəkisi 446 kq, uzunluğu 2,82 m olan tunes ovlamışdılar. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31