Uğurlu sosial siyasət əhalinin rifah halının yüksəlməsinə xidmət edir

Son onilliklərdə dünya ölkələrində iqtisadi böhran yaşandığı bir məqamda Azərbaycanda həyata keçirilən düşünülmüş siyasət nəticəsində dayanıqlı iqtisadi inkifaf təmin edilib. Etiraf edilməlidir ki, həyata keçirilən iqtisadi islahatlar Azərbaycanda çoxsaylı sosial layihələrin reallaşmasına imkan yaradıb. Bu isə öz növbəsində əhalinini rifah halının daha da yüksəlməsinə səbəb olub.

Bunun nəticələrini hər bir vətəndaş öz üzərində hiss edir

Son onilliklərdə dünya ölkələrində iqtisadi böhran yaşandığı bir məqamda Azərbaycanda həyata keçirilən düşünülmüş siyasət nəticəsində dayanıqlı iqtisadi inkifaf təmin edilib. Etiraf edilməlidir ki, həyata keçirilən iqtisadi islahatlar Azərbaycanda çoxsaylı sosial layihələrin reallaşmasına imkan yaradıb. Bu isə öz növbəsində əhalinini rifah halının daha da yüksəlməsinə səbəb olub. Məlumat üçün qeyd edək ki, hazırda Azərbaycanda bütün kateqoriyalardan olan əhali qrupunun rifah halının yaxşılaşmasına xidmət edən real addımlar atılmaqdadır. Yeri gəlmişkən qeyd edək ki, son on illər ərzində əhalinin sosial vəziyyətinin yüksəldilməsi istiqamətində bir sıra əməli tədbirlər görülüb. Sirr deyil ki, Azərbaycanda ən həssas qruplardan hesab olunan şəhid ailələri və Birinci Qarabağ müharibəsi əlillərinin sosial vəziyyətinin yüksəldilməsi daim dövlətin diqqət mərkəzində olub. İndinin özündə də bu siyasət davam etdirilməkdədir. Qeyd edək ki, təkcə 2018-ci ilin yanvar-fevral aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslər 4243 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunub. Diqqətə çatdıraq ki, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasında onların dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə protez-ortopedik xidmətlərlə təmin olunmaları mühüm yer tutur. Bu təbəqədən olan insanların müraciətləri qəbul olunaraq, onların müvafiq ehtiyacları öyrənilir və bu əsasda qısa müddətdə reabilitasiya vasitələri, protez-ortopedik məmulatlarla təminatı həyata keçirilir. Son iki bu kateqoriyadan olan şəxslərə 284 ədəd əlil arabası, 244 ədəd yuxarı və aşağı ətraf ortezi, 27 cüt protez ayaqqabı, 617 cüt ortopedik ayaqqabı, bel və boyun nahiyəsi üçün 74 ədəd korset, 202 ədəd dördayaqlı dayaq vasitəsi, 173 ədəd yuxarı və aşağı ətraf, habelə döş protezi, 244 cüt dirsəkaltı ağac, 143 cüt qoltuqaltı ağac, 412 ədəd əsa, 1124 ədəd müxtəlif reabilitasiya vasitələri və s. verilib. Yanvar- fevral aylarında 118 nəfərə stasionar şəraitdə bərpa xidmətləri göstərilib. Sözgedən xidmətlər protezləşməyə hazırlanma, protezlə hərəkət edilməsinin öyrədilməsi, skoliozlu uşaqların, onurğa sütunu zədələnmiş spinal əlillərin reabilitasiyası və sairdən ibarətdir. Qeyd olunan müddətdə protez-ortopedik xidmətlərlə təmin olunanların sayı 1925 nəfər, o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 243 nəfər təşkil edib. Paralel olaraq Protez-Ortopedik Bərpa Mərkəzində protez-ortopedik məmulatların istehsalında müasir metodların, yeni texnologiyaların hazırlanması istiqamətində də işlər davam etdirilib.
Etiraf edilməlidir ki, son günlər ərzində imzalanan "Sosial müavinətlərin məbləğinin artırılması haqqında", "Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında" və "Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında" sərəncamlar sosial təminat sisteminin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində növbəti addımdır. Belə ki, "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" sərəncamla yaşa görə, ümumi xəstəlik, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar səbəblərdən əlilliyə görə, ailə başçısını itirməyə görə sosial müavinət alanlara, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, müharibə veteranlarına, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrdəki 1 yaşınadək uşaqlara, müharibə əlilləri və onlara bərabər tutulanların, şəhid ailələrinin və müddətli hərbi xidmət qulluqçularının uşaqlarına və qanunvericilikdə nəzərdə tutulan digər kateqoriyalara aid şəxslərə təyin olunan aylıq sosial müavinətlərin məbləği 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb. Uşağın doğulmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün, dəfn üçün verilən birdəfəlik müavinətlərin də orta hesabla 10 faiz artırılması təmin edilib."Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında" sərəncam beşdən çox uşağı olan qadınların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədinə xidmət edir. Sərəncama əsasən həmin qadınlara hər bir uşağa görə təyin olunan müavinətin, "Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında" sərəncamla isə uşağa qulluğa görə onlara verilən müavinətin məbləği növbəti aydan 10 faiz artırılıb. "Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında" sərəncamla 2018-ci il martın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 10 faiz artırılaraq 44 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 10 faiz artırılaraq 27,5 manat miqdarında müəyyən edilib. Beləliklə, hər üç sərəncam aylıq və birdəfəlik sosial müavinət alan şəxslərdən ibarət olmaqla, ümumilikdə 560 minə yaxın insana şamil olunub. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunanlara üç yaşınadək uşağa qulluğa, uşağın anadan olmasına görə və dəfn üçün müavinətlər məcburi dövlət sosial sığorta vəsaitləri hesabına, digər şəxslərə münasibətdə sosial müavinətlər isə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Qeyd olunan sosial müavinətlərə müvafiq artımın edilməsi üçün dövlət büdcəsindən ilin sonunadək təqribən 23,2 milyon manata, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən 1,7 milyon manata qədər əlavə vəsaitin ayrılması təmin olunacaq. Bundan başqa, müharibə əlilləri və şəhid ailələrinə, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə, birinci qrup əlillərə, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə, 20 Yanvar əlillərinə, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan hərbi qulluqçuların ailələrinə, habelə fərdi və fəxri adlara görə Azərbaycan Respublikasının Prezidentinin təqaüdlərinin də artırılması təmin edilib. Göründüyü kimi Azərbaycanda sosial təminat sisteminin gücləndirilməsi məsələsi daim diqqətdə saxlanır. Nəticədə sosial təminata ehtiyacı olan hər bir vətəndaş görülən işlərin nəticəsini öz üzərində hiss edir. Bütün bunlar isə ölkədə həyata keçirilən uğurlu sosial siyasətin təzahürü kimi dəyərləndirilə bilər.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31