“Qəbir avantürası” kimə lazım idi?

AntiAzərbaycan şəbəkənin üzvləri, onların daxildə və xaricdəki əlaltıları ölkədə keçiriləcək prezident seçkilərinə kölgə salmaq, onun siyasi əhəmiyyətini azaltmaq məqsədilə bütün imkanları səfərbər ediblər.

Elman Nəsirov: "Bu mühüm siyasi hadisəyə-prezident seçkilərinə kölgə salmaq istəyən "sapı özümüzdən olan baltalar"a lazım idi"

AntiAzərbaycan şəbəkənin üzvləri, onların daxildə və xaricdəki əlaltıları ölkədə keçiriləcək prezident seçkilərinə kölgə salmaq, onun siyasi əhəmiyyətini azaltmaq məqsədilə bütün imkanları səfərbər ediblər. Fikir vermirlər apardıqları mübarizə etik çərçivəyə sığır, ya yox, yaxud sağlam siyasi mübarizə metodu seçiblərmi? Bütün norma və prinsipləri, etik qaydaları pozan hərəkətlər hazırda həmin şəbəkə tərəfindən Azərbaycana qarşı icra olunur.  Bu azmış kimi ölkəmizə qarşı fəaliyyətlərində şər-böhtandan da geninə-boluna istifadə edirlər.  Bu günlərdə bu şər-böhtanın daha biri ilə rastlaşdıq. Söhbət "hüquq müdafiəçisi" Vidadi İsgəndərlinin guya atasının qəbrinin təhqir edilməsi ilə bağlı yayılan xəbərlərdən gedir. Belə ki,  bir neçə gün öncə özünü hüquq müdafiəçisi kimi təqdim edən Vidadi İsgəndərli özünəməxsus tərzdə hay-həşir saldı ki, guya atasının qəbri təhqirə məruz qalıb. Və iddia etdi ki, bu əməli Yeni Azərbaycan Partiyasının gənc üzvləri edib. Düzdür, qısa müddət ərzində "hüquq müdafiəçisi"nin hay-həşirinin böhtan olduğu isbat edilsə də, hələ də bu istiqamətdə siyasi oyunbazlıq davam edir. Və istər daxildəki, istərsə də xaricdəki antiAzərbaycan şəbəkə baş verməyən bir hadisə barədə öz xəstə düşüncələrini ortaya qoyurlar. Məsələ ilə bağlı fikirlərini bölüşən 89 saylı Göyçay-Agdaş seçki dairəsindən millət vəkili seçilmiş Elman Nəsirov deyib ki, "hadisə" barədə hay-həşir qalxanda belə bir halın mümkün olmadığını qətiyyətlə ifadə edib: "İlk reaksiyam belə oldu.  Bu, mümkün deyil. 89 saylı Göyçay-Agdaş seçki dairəsindən seçilmiş deputat olaraq ittiham müəllifini seçki prosesindən yaxşı tanıdığımdan onun bu ağır ittihamına inanmasam da, istənilən halda bəzi araşdırmaların aparılmasının zəruruliyinin fərqində idim. Obyektiv araşdırmalar özünü çox gözlətmədi. Müxtəlif səviyyələrdə-ittiham tərəfinin qohum-əqrəbasından tutmuş, vətəndaş cəmiyyəti institutları və jurnalistlər tərəfindən aparılmş araşdırmalar əsl həqiqəti üzə çıxartdı. Təkzibedilməz faktlarla sübuta yetirildi ki, Vidadi İsgəndərlinin atasının qəbri təhqir olunmayıb. İttiham tərəfinin YouTube-də təqdim etdiyi kadrların heç bir halda onun atasının qəbri ilə əlaqəsi yoxdur. Söhbət fərqli qəbirstanlıq və fərqli qəbirlərdən gedir. Maraqlananlar Göyçaya gəlib yerindəcə buna əmin ola bilərlər və ya You Tube-də bu fərqi konkret video təqdimatında izləyə bilərlər. Başqa sözlə, "Qəbir avanrürası"ndan dar siyasi məqsədlər üçün istifadə sabun köpüyü efffektini yaşamalı oldu. İndi başqa suallar daha aktualdır. Bu, kimə lazım idi? Əsl məqsəd nə idi?"  Millət vəkili hesab edir ki, bu hadisə ölkəmizdə mütəşəkkil şəkildə hazırlığın getdiyi, obyektivliyinə, şəffaflığına və demokratikliyinə heç bir şübhənin olmadığı mühüm siyasi hadisəyə-Prezident seçkilərinə kölgə salmaq istəyən, tarixi nailiyyətimiz olan ictimai-siyasi sabitliyi və təhlükəsizlik mühütünü pozmağa çalışan, xaos və anarxiya istəyi ilə yaşayan, "bəlkə də qaytardılar" xülyası ilə nəfəs alan xarici anti Azərbaycan siyasi dairələrə və onların əlində alətə çevrilmiş "sapı özümüzdın olan baltalar"a lazım idi: "Bu nailiyyətlərimizin əsasında hakimiyyət-xalq birliyi dayanır. Bax bu birliyi pozmaq üçün həmin qüvvələr dəridən-qabıqdan çıxır, ölçüyəgəlməz səviyyədə şər-böhtan kampaniyasına rəvac verir, tərbiyəsizlik, əxlaqsızlıq və şərəfsizliyin son noqtəsinə enirlər. İlk növbədə o insanları hədəfə alırlar ki, onların müasir Azərbaycan dövlətçiliyinin yaranması, qorunması və inkişafında xüsusi xidmətləri olsun. Artıq bu, bir aksiomdur ki, bu xəbis və satqın xislətli adamların hədəf nöqtəsinə heç vaxt özükimiləri düşə bilməz. Onların düşməni Azərbaycan dövlətçiliyini göz bəbəyi kimi sevən və qoruyan insanlardır. Bu baxımdan antimilli ünsürlərin hədəfə aldığı şəxslər sırasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məslisin İctimai Birliklər və Dini Qurumlarla İş Komitəsinin sədri Siyavuş Novruzovun da adını görəndə düzü təəcüblənmədim. Siyavuş müəllim müasir Azərbaycan dövlətçiliyinin banisi olan Ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından biri olub. Bu gün də Heydər Əliyev ideyalarına sadiqliyi, dəyişməz əqidəsi, vətənpərvərlyi, milli ruhu, milli təəssübkeşliyi və cənab Prezidentə sədaqəti ilə seçilir və bu baxımdan bir örnəkdir desək, səhv etmərik. Milli Məclisdə xüsusi hörmətə malikdir. Bu hörməti o, cəsarətli çıxışları, ədalətli mövqeyı, cəmiyyətdə böyük rəğbətlə qarşılanan təklifləri və bir çox hallarda antimilli ünsürlərlə bağlı səsləndirdiyi konstruktiv tənqidi fikirləri hesabına qazanıb. El ğözü tərəzidir. Siyavuş müəllimin bu keyfiyyətləri onu el gözündə sevdirsə də, düşmən gözündə ona qarşı sonsuz nifrət doğurub. Hətta bu reallıqda belə o, böyüklük göstərərək düşmən mövqedə dayanan insanlara siyasi opponent kimi baxır və onları sivil mübarizəyə dəvət edir. Siyavuş müəllimin məlum hadisə ilə bağlı son bəyanatı da yuxarıda səsləndirdiyimiz fikirlərin məntiqi təsdiqi kimi də dəyərləndirilə bilər. Şübhə edənlər həmin bəyanatı bir də oxusa, pis olmaz.
Sonda onu da xüsusi olaraq vurğulayıram ki, Ümummilli lider Heydər Əliyev mövqeyi olan insanlara həmişə hormətlə yanaşırdı. Təsadüfi deyil ki, ulu öndərin silahdaşı olan Siyavuş Novruzov da məlum olayla bağlı verdiyi bəyanatda insanları konstruktiv movqe bildirməyə, haqqın, ədalətin keşiyində dayanmağa səsləyir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31