Müsavat başqanının əsassız ittihamları və özünüifşası

Aprelin 11-də baş tutacaq prezident seçkilərində biabırçı məğlubiyyətlə üzləşəcəklərindən ehtiyat edən radikal müxalifət liderləri indi də ciddi cəhdlə seçkinin nəticələrinə kölgə salmağa, onun demokratikliyini şübhə altına almağa çalışırlar. Xaricdəki ağalarına, Avropanın müxtəlif ölkələrindəki əlaltılarına donosların, qeyri-obyektiv məlumatların ötürülməsindən tutmuş,  seçkiqabağı ictimai-siyasi vəziyyətin qeyri-qənaətbəxş olmasına qədər cəfəng açıqlamalar, bəyanatlar verilməsinə, eyni zamanda kütləvi aksiyaların keçirilməsinə qədər bütün cəhdlər məhz aprelin 11-də baş tutacaq prezident seçkilərinə qara yaxmağa, onun azad və şəffaf keçiriləcəyinə dair şübhələr yaratmağa hesablanıb.

Yaxud demokratiya carçısı roluna girən Arif Hacılının siyasi fəaliyyətindəki antidemokratik gedişlər

Aprelin 11-də baş tutacaq prezident seçkilərində biabırçı məğlubiyyətlə üzləşəcəklərindən ehtiyat edən radikal müxalifət liderləri indi də ciddi cəhdlə seçkinin nəticələrinə kölgə salmağa, onun demokratikliyini şübhə altına almağa çalışırlar. Xaricdəki ağalarına, Avropanın müxtəlif ölkələrindəki əlaltılarına donosların, qeyri-obyektiv məlumatların ötürülməsindən tutmuş,  seçkiqabağı ictimai-siyasi vəziyyətin qeyri-qənaətbəxş olmasına qədər cəfəng açıqlamalar, bəyanatlar verilməsinə, eyni zamanda kütləvi aksiyaların keçirilməsinə qədər bütün cəhdlər məhz aprelin 11-də baş tutacaq prezident seçkilərinə qara yaxmağa, onun azad və şəffaf keçiriləcəyinə dair şübhələr yaratmağa hesablanıb. Elə Milli Şura adlanan qurum və Müsavat Partiyasının, eləcə də bu düşərgəyə yaxın bir neçə siyasi təşkilatın həftəsonu keçirdiyi mitinqin  də məqsədi bundan ibarət idi. Əvvəlcədən qeyd edək ki, radikalların budəfəki aksiyası da əvvəlkilər kimi uğursuz və cəmiyyətin dəstəyi olmadan başa  çatdı. "Məhsul" stadionuna 30 min nəfər çıxaracaqlarına ümid bəsləyənlər, heç ora 3 min nəfəri cəm edə bilmədilər. Radikalların aksiyasında cəmi 1500 nəfərə yaxın adam iştirak etdi ki, onların da müəyyən bir hissəsini hüquq-mühafizə orqanlarının əməkdaşları və kütləvi informasiya vasitələrinin nümayəndələri təmsil edirdi. Aksiyada səsləndirilən şüarlar da radikal müxalifətin özü kimi köhnə şüarlar idi. Yəni, Milli Şura və ona yaxın olan siyasi qüvvələr bu dəfə də xalqa yeni bir şey deməyərək yalnız tutuquşu kimi əvvəlki illərdə söylədikləri fikirləri təkrarladılar.  

Milli Şuranın 10 mart mitinqində əsas diqqət çəkən çıxışlardan biri də Müsavat Partiyasının başqanı Arif Hacılının çıxışı oldu. Siyasi fəaliyyətinin bütün dövrləri saxtakarlıq, rüşvətxorluq, antidemokratik prinsiplərlə keçən Arif Hacılının 10 mart mitinqindəki çıxışı və aksiya zamanı səsləndirdiyi fikirlər əslində Müsavat başqanının bir daha nə qədər saxtakar, yalançı olduğunu sübuta yetirirdi.

Arif Hacılının çıxışında əks olunan fikirlərə diqqət çəkək. Müsavat başqanı iddia edir ki, aprelin 11-də keçiriləcək prezident seçkilərində xalqın iradəsi müəyyən edilməyəcək və bu səbəbdən Müsavat Partiyası prezident seçkilərində iştirak etməmək barədə qərar verib.

Müsavat başqanının ikinci iddiası ondan ibarətdir ki, ölkədə bərabər imkanlar mövcud deyil, demokratik seçki mühiti yoxdur, seçkilər hər zaman saxtalaşdırılıb.

Və, nəhayət, Arif Hacılı odlu-alovlu çıxışı zamanı Azərbaycanı Hollandiya ilə müqayisə edərək deyir ki, sözügedən Avropa ölkəsinin ərazisi Azərbaycandan kiçik olsa da, iqtisadiyyatı, dövlət büdcəsi Azərbaycandan qat-qat böyükdür. Çünki Hollandiyada rüşvətxorluq halları, korrupsiya yoxdur.

Arif Hacılını tanımayanlar, onun siyasi fəaliyyətinə bələd olmayanlar, yaxud Müsavat başqanını ilk dəfə dinləyənlər bəlkə də hesab edərlər ki, müəyyən qədər düz danışır. Yaxud Arif Hacılı qibtə etdikləri avropalı demokratlardan belə daha demokratdır.  Ancaq Müsavat başqanının siyasi fəaliyyətinə bələd olduğumuz üçün bizlər eyni fikri qətiyyən söyləyə bilmərik. Çünki Müsavat başqanının bəhs etdiyi demokratiya, şəffaflığın rəhbərlik etdiyi partiyada necə "təmin olunduğu Arif Hacılının bu posta seçildiyi andan məlumdur. Müsavat Partiyasının prezident seçkilərində xalqın iradəsinin əks olunmayacağı barədə iddiasına gəlincə, onu deyə bilərik ki, nədənsə Arif Hacılı xalqın iradəsi prinsipini Müsavata başqan seçilən zaman unutmuşdu.  Müsavatçıların mütləq əksəriyyəti partiyada başqan postunda Tural Abbaslını görmək istəsə də,  o zaman İsa Qəmbərdən təlimat alan Arif Hacılı müsavatçıların iradəsini bir kənara qoyaraq özünü başqan postuna pərçim etdi. Özü də səsvermənin nəticələrini saxtalaşdırmaq yolu ilə. İndi isə Arif Hacılı demokratik seçki, xalqın iradəsi prinsipindən danışır. Gülməli deyilmi? 1000-2000 nəfərlik bir partiyada üzvlərin siyasi iradəsini nəzərə almayaraq onun əksinə çıxan Müsavat başqanı görəsən bu gün hansı haqla və hansı siyasi iradədən danışır?

Müsavat başqanının ikinci iddiası da əslində onun özünüifşasıdır.  Belə ki, Arif Hacılı ölkədə seçkiöncəsi bərabər imkanların olmadığını iddia edir. Seçkilərin saxtalaşdırılacağı barədə cəfəng fikirlər səsləndirir. Müsavat başqanının nəzərinə çatdıraq ki, siyasi düşərgədə qeyri-sivil mübarizə üsulu və andidemokratik seçim praktikasını, qeyri-bərabər şərait imkanların mövcudluğunu tətbiq edənlərdən biri məhz Müsavat Partiyası olub. İsa Qəmbərin başqanlıqan getməsindən sonra partiya rəhbərliyi uğrunda gedən mübarizədə Arif Hacılının rəqibi Tural Abbaslıya yaxınlığı ilə seçilən gənclər, eləcə də digər partiya funksionerləri gülünc bəhanələr, antidemokratik prinsiplərlə partiyadan uzaqlaşdırıldı ki, bu da başqanlıq uğrunda gedən mübarizədə, səsvermədə Arif Hacılının qeyri-bərabər imkanlar vasitəsilə qələbə qazanmasını təmin etdi. Göründüyü kimi cəmi bir neçə il əvvəl rəqibini qeyri-bərabər imkanlar yolu ilə məğlubiyyətə uğradan, antidemokratik seçim yolu ilə Müsavat başqanlığı postuna sahiblənən  Arif Hacılı indi hakimiyyəti prezidentliyə namizədlərə qeyri-bərabər imkanlar yaratmaqda ittiham edir. Halbuki elə Arif Hacılının qeyri-bərabər imkanlar və antidemokratik seçki yolu ilə məğlub etdiyi Tural Abbaslı hazırda Müsavat başqanının qeyri-bərabər imkanlar adını qoyduğu seçki ərəfəsində namizədlər üçün yaradılan şəraitdən istifadə edərək seçki mübarizəsinə qoşulub.

Nəhayət, Arif Hacılının Azərbaycanı Hollandiya ilə müqayisə edərək ölkəmizdə korrupsiya və rüşvətxorluq hallarının çox olması barədə iddiasına diqqət yetirək. Əvvəla onu qeyd edək ki, son vaxtlar radikal müxalifət düşərgəsi liderləri Azərbaycanla Avropa ölkələri arasında müqayisə apararkən nədənsə daha çox Hollandiya təcrübəsinə diqqət yetirirlər. Bu isə həmin siyasilərimiz barədə bir qədər dərindən düşünməyi zərurətə çevirir. İkinci bir tərəfdən Azərbaycanda korrupsiya və rüşvətxorluq hallarının mövcudluğundan danışan Arif Hacılı görünür ya unutqandır, ya da xalqın heç nədən xəbərdar olmadığı qənaətindədir. Azərbaycanda çoxları bilir ki, AXC-Müsavat hakimiyyəti dövründə ayrı-ayrı rayonlara yüksək vəzifələrə təyin edilən kadrlardan aylıq haqqı məhz  o zaman dövlət müşaviri vəzifəsini tutan Arif Hacılı yığırdı. Düzdür, bununla bağlı Arif Hacılıya heç bir təlimat verilməmişdi o, açıq-aşkar məmurlardan rüşvət toplayırdı. Getdikcə artan rüşvətxorluq və korrupsiya halları barədə o vaxtkı prezident, mərhum Əbülfəz Elçibəyə məlumat çatdırılsa və dövlət başçısı bu kimi neqativ halların aradan qaldırılması barədə ciddi tapşırıqlar versə də, Arif Hacılı "dəyirman bildiyini edir, çax-çax baş ağrıdır" prinsipindən çıxış edərək məmurlardan rüşvət toplamaqda davam edirdi. Yaxud 2003-cü ilin prezident seçkiləri ərəfəsini yada salaq. Bəlkə də çoxları həmin ərəfədə Arif Hacılının hansı yolla rüşvət əldə etmə, asan qazanc yolu tapmağa çalışdığı barədə məlumatsızdır. Belə ki, 2003-cü ilin prezident seçkiləri ərəfəsində sabiq Müsavat başqanı İsa Qəmbərin seçkilərdə qələbə qazanacağından əmin olan Arif Hacılı hələ seçkilərə bir neçə ay qalmış Müsavatın rayon təşkilatının daha güclü olduğu bölgələrə öz yaxın adamlarını göndərir.  Arif Hacılının "elçiləri"nə verilən təlimat isə elə belə olur ki, yerlərdəki idarə və müəsssisə rəhbərləri, xüsusilə məktəb direktorları ilə görüşüb onlarda seçkilərdə İsa Qəmbərin qələbə qazanacağına inam yaratmaq. Və ikinci plan isə ondan ibarət olur ki,  seçkilərdən sonra həmin şəxslərin öz vəzifəsində qalması üçün idarə və müəssisə rəhbərləri 5, məktəb direktorları isə 2 min manat rüşvət verməlidir. Məlumata görə, Hacılının adamları bir neçə rayonda bəzi sadəlövh insanları öz yalanlarına inandıra da biliblər. Prezident seçkilərinin nəticələrinin açıqlanmasından sonra həmin şəxslər aldadıldıqlarının fərqinə varıblar.  Lakin həmin şəxslər kifayət qədər ciddi xətaya yol verdiklərinin fərqinə vardıqları üçün məlum olay barədə hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkiniblər. Beləliklə, Arif Hacılı bir neçə bölgədən topladığı rüşvəti öz halal zəhməti kimi xərcləyib.

Göründüyü kimi hakimiyyəti demokratik prinsipləri pozmaqda ittiham edən Arif Hacılı ən böyük antidemokratiklik edərək Müsavat başqanı postunu mənimsəyib. İqtidarı korrupsiya və rüşvətxorluqda günahlandıran Hacılı Azərbaycana korrupsiya, rüşvət kimi çirkabı gətirən ilk siyasilərdən olub. Ölkədə qeyri-bərabər seçki mühitindən gileylənən müsavatçıların başqanı elə bu posta yiyələnərkən ən ciddi qeyri-bərabərliyə, qeyri-sivil mübarizə taktikasına, rəqibərini müxtəlif yollarla mübarizədən uzaqlaşdırmağa üstünlük verib. İndi belə bir adam xalqa, cəmiyyətə, hakimiyyətə dərs keçməyə çalışır.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31