Əmək bazarında təcrübə imkanlarını necə genişləndirmək olar?

Əmək yarmarkaları və ya vakant vəzifələrin tutulması ilə bağlı verilən elanlar əsasında işaxtaran vətəndaşların tapdıqları müvafiq işlər heç də bir çox hallarda onları qane etmir. Daha dəqiq desək işaxtaran vətəndaşın təyin olunduğu işi icra edən müddətə qədər müəssisə və ya şirkət tərəfindən təcrübəyə cəlb olunması birincinin ürəyincə olmur. Yaxud işaxtaran vətəndaş müvafiq işlə təmin olunduqda ona verilən ilk sual bu sahədə təcrübəsinin olub-olmadığı ilə bağlı olur.

Əmək yarmarkaları və ya vakant vəzifələrin tutulması ilə bağlı verilən elanlar əsasında işaxtaran vətəndaşların tapdıqları müvafiq işlər heç də bir çox hallarda onları qane etmir. Daha dəqiq desək işaxtaran vətəndaşın təyin olunduğu işi icra edən müddətə qədər müəssisə və ya şirkət tərəfindən təcrübəyə cəlb olunması birincinin ürəyincə olmur. Yaxud işaxtaran vətəndaş müvafiq işlə təmin olunduqda ona verilən ilk sual bu sahədə təcrübəsinin olub-olmadığı ilə bağlı olur. Bəzən bu kimi tələbləri yersiz hesab etsələr də, lakin mütəxəssislər hesab edirlər ki, işaxtaran vətəndaşın müvafiq işə təyin edilməsindən öncə onun təcrübə keçməsi mütləqdir. İstedadların cəlb olunması üzrə mütəxəssis (Talent acquisition specialist) Malik Bağırov qeyd edir ki, iş elanlarında göstərilən təcrübə və tələblərin bizə uyğun gəlməməsi, təcrübəmizin az və ya heç olmamasıdır. Onun sözlərinə görə, təcrübənin iş mühitində vacib alətlərdən biri olduğunu artıq bütün dünya qəbul edib: "Bu ölkəmizdə də belədir. Hətda qərbdə belə hesab edilir ki, beynəlxalq kompaniyalarda təcrübə keçmək uğurlu karyera qurulması üçün istənilən yeni başlayan mütəxəssisə lazımdır. Qeyd etmək lazımdır ki, qərb iş şəraitində yeni başlayan bu tip təcrübə imkanlarından yararlanmağa can atırlar. Bizdə isə təcrübə keçmək və ya təcrübə proqramlarına maraq kifayət qədər yüksək deyil. Burada bir məsələyə aydınlıq gətirmək lazımdır ki Azərbaycanda təcrübə dedikdə ağıla iki tip təcrübə imkanı gəlir. Birincisi təhsil müddətində, çoxumuzun "praktika" adlandırdığı təcrübə imkanları, digəri isə şirkət və qrumların elan etdiyi və keçirdiyi təcrübə proqramları. İkinciyə dair inkişafı əsasən, tələb-təklif nəzəriyyəsinə əsaslanaraq "tələb" edənlərin, təcrübədən keçmək istəyənlərin artmasından sonra görmək olar. Təkcə maaş və maliyyə imkanları deyil, həmçinin də təcrübə qazanmaq, işinin peşəkarı olan şəxslərlə əlaqə qurmaq, əhatəni genişləndirmək düşüncəsi təəssüf ki, tam olaraq hələ formalaşmayıb. Düzdür, qeyd etmək vacibdir ki, təcrübə proqramları olan sahələrimiz var. Məsələn, radio və televiziya sahəsini qeyd edə bilərik. Lakin bu marağın səbəbi ondan ibarətdir ki, təcrübəçinin burada qazandığı təcrübəni yahəmin qurumda və ya başqa bir qurumda tətbiq etmək imkanı olacaq". Ekspert deyib ki, ölkə üzrə təcrübə proqramlarına maraq göstərən şəxslərin yaş qrupuna baxarsaq üstünlüyün tələbə kontingentində olduğunu görə bilərik: "Amma burada da bəzi nüansları qeyd etmək yerinə düşər. Məsələn, tələbə üçün haradasa təcrübə keçmək və yarım-gün çalışmaq kimi bir seçim qoysaq çoxluq maliyyə xərclərini azaltmaq üçün ikinciyə yönələr. Düzdür onuda qeyd etmək lazımdır ki, ödənişli əsaslarla təcrübə proqramları mövcüddur ki, ilkin tələbatları yemək, nəqliyyat xərclərini qarşılamağa imkan verir. Lakin bunların sayı çox azdır. Belə vəziyyətdə tələbə də seçimlərin arasında qalır, çox zaman da düzgün seçim etmir. Sual yarana bilər ki, ölkədə təcrübə imkanlarını necə genişləndirmək olar? Bu iki tərəfli məsələdir. Birdə xaricdə təcrübə imkanları var. Amma çıxış yolu sadəcə təcrübə imkanları və proqramlarını artırmaqla olmayacaq. Çünki, təcrübəyə gələn şəxs bəlli bir karyera formalaşması haqqında düşünərək, burada qazanacağı bilik və bacarıqlara görə gəlir. Qarşılığında gözlədiyi nəticəni və təcrübə prosesini görmədikdə məyusluqla oradan uzaqlaşır və bəlkədə yenisinin axtarışına çıxmayacaq". Malik Bağırov bildirib ki, əmək bazarında ölkədə bəlli bir "narazılıq" var. Narazılıq isə bundan ibarətdir - işə müraciət edən şəxslərin çoxluğu, işlərə qoyulan tələblərin yüksəkliyindən şikayət edir: "Məsələn: Call center üçün operator vakansiyasına ali təhsil, inglis və ya rus dili biliyi istənilir, həmçinin ən azı 2-3 illik təcrübə istənilir. Bu bir tərəfdən baxdıqda normaldır. Çünki Azərbaycan ümumi qloballaşmadan kənarda qala bilməz və buna görə ümumdünya əmək bazarı tələblərinə cavab vermək üçün sürətlə dəyişir. Əmək bazarı tələbləri artır, amma tələblərə cavab verən kadr səviyyəsi artmır. 5 il bundan əvvəl inglis dili biliyi yaxşı göstərici sayılırdısa növbəti 2 il ərzində inglis dili biliyi sadə, vacib tələblərdən birinə cevriləcək. Əvəzinə sizdən stress menecment, qərar vermək, təşəbbüskarlıq kimi bacarıqlar istəniləcək. Dünya praktikasında kadr səviyyəsinin artırlmasının təcrübə proqramları vasitəsi ilə ilkin təməli qoyulur. Sonrakı mərhələlərdə isə işçinin karyera imkanları, təlimləndirilmə, inkişaf etdirilmə sistemləri formalaşır. Əmək bazarında inglis dili tələbinin yüksəkliyi son illərdə dil kurslarının artmasına gətirib çıxarıb. Çünki əmək bazarının tələbləri iş axtaranları bu istiqamətdə şəxsi inkişafa yönəldir. Növbəti olaraq hamının ağız dolusu bildirdiyi tələb təcrübə gəlir ki, bu da əmək bazarı tələbinə cavab vermək üçün iş axtaranlar tərəfindən təbii yolla təcrübə keçmək üsulları formalaşacaq. Məsələn, xaricdə təcrübə imkanı bunlardan biridir. Ölkədə çoxu tələbə olmaqla bəlli bir qrup insan var ki, xarici ölkədə təcrübə keçmək imkanlarından faydalanır. Bu onlara gələcəkdə əmək bazarında daha uğurlu və tələb olunan kadr olmağa yardımçı olacaq".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31