Gündəm

"Yalvardı 3 uşağım var, 1-2 il yatacaqsan" -  150 manata görə 12 bıçaq vurdu

15 Mart 2018 13:13

150 manata görə tanışına 12 bıçaq vurmaqda təqsirləndirilən Əliyev İlham Məmməd oğlu və Əlizadə Vüqar Bayraməli oğlunun cinayət işi üzrə məhkəmə davam edib. Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə Vüqar Əlizadənin anası Tünzalə Əliyeva şahid qismində dindirilib.

Seçkilərə hazırlıq prosesində heç bir gecikmə yoxdur

15 Mart 2018 13:10

17 saylı Yasamal III seçki dairəsində aprelin 11-də keçiriləcək prezident seçkisinə hazırlıq işləri davam edir. Dairə seçki komissiyasının sədri Qədir Kərimovun sechki-2018.az saytına verdiyi məlumata görə, dairə üzrə 28 məntəqə yaradılıb. 10 məntəqədə veb-kameralar quraşdırılıb.

Musiqi və incəsənət məktəblərində təlimlər

15 Mart 2018 13:05

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Bədii təhsil şöbəsi tərəfindən Bərdə rayonunda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində ixtisaslaşmış təlimlər keçirilir. Son iki il ərzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyəti ilə bağlı 20 çeşiddən artıq metodiki vəsait hazırlanaraq, region idarələrinə paylanılıb.

Gürcüstanın iki azərbaycanlı vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub

15 Mart 2018 13:05

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə Agentliyi operativ istintaq tədbirləri nəticəsində Dmanisi bələdiyyəsinin Amamlo kəndindəki keçmiş nümayəndəsi Mübariz M. adlı şəxsi cinayət məsuliyyətinə cəlb edib. 

XƏBƏRDARLIQ: Qeyri-sabit hava şəraiti hökm sürəcək

15 Mart 2018 12:52

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman, axşam çiskin olacaq. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.

Elzanın ifasını eşidib, canlı yayımda yerə uzandı - Aparıcıdan efirdə ilginc addım - VİDEO

15 Mart 2018 12:48

Bu gün "Hər şey daxil"in qonaqlarından biri Elza Seyidcahan olub. Xanım bəstəkar-müğənninin fortopiano arxasında müşayiət edərək səsləndirdiyi mahnı zamanı verilişin aparıcısı Tolik yerdə uzanıb. Tolikin "ölü" təqlidinə studiyadakı digər şəxslər də qoşulub. Elzanın ifası bitən kimi aparıcı xanım qonağına "Bu zarafat idi, biz etdik. Xətrinizi çox istəyirik" ifadələrini işlədib. 

Azərbaycan prezidenti albaniyalı həmkarı ilə görüşüb

15 Mart 2018 12:45

Azərbaycan prezidenti İlham Əliyev Albaniya prezidenti İlir Meta ilə görüşüb. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Yıldırım: “Azərbaycan və Gürcüstanla birgə Qafqaz regionunun təhlükəsizliyi üçün ciddi addımlar atırıq”

15 Mart 2018 12:42

"Myanmada, Qarabağda baş vermiş qətliam, soyqırımı bizim problemimiz deyil deməklə, haqsızlığa, işğala səssiz qalmaqla, regionda, dünyada sülhü bərqərar etmək mümkünsüzdür".  Bunu “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumu çərçivəsində “Güc anlayışı: böyük güclər və digərləri” paneldə Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

Prezident Beynəlxalq Türk Akademiyasının prezidentinə “Dostluq” ordeni təqdim edib

15 Mart 2018 12:41

Prezident İlham Əliyev martın 15-də Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəliyə “Dostluq” ordeni təqdim edib. D. Kıdırəli bu ordenə türkdilli respublikalar arasında mədəni inteqrasiya istiqamətindəki xidmətləri ilə əlaqədar layiq görülüb.  

Zaxarova: "Moskvada Artsax Respublikasının heç bir nümayəndəliyi yoxdur"

15 Mart 2018 12:33

"Moskvada Artsax Respublikasının heç bir nümayəndəliyi mövcud deyil". Məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Bakıda “yol xəritəsi” imzalanacaq – Çavuşoğlu

15 Mart 2018 12:30

Bu gün Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin dördlük formatında ilk görüşünü keçirəcəyik. Görüşdə "yol xəritəsi" imzalanacaq. Məlumata görə, bunu Bakıda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Gülben keçmiş ərinə məhkəmədə uduzdu

15 Mart 2018 12:27

Müğənni Gülben Ergenin şikayəti əsasında zorla həbsi tələb edilən aparıcı-jurnalist Erhan çelik bəraət qazanıb.  İfaçı məhkəmənin uzaqlaşdırma qərarından sonra eks-həyat yoldaşının bu qərara əməl etmədiyini və ona qarşı təhqir, hədə dolu sözlər işlətdiyini iddia etmişdi. 

Həftəlik 350 min alan Kənana görə işçilər ayağa qalxdı

15 Mart 2018 12:26

Baş rolda aktyor Kənan İmirzalıoğlunun çəkildiyi və həftəlik 350 min lirə (təxminən 175 min manat) aldığı “Mehmed: Bir cihan Fatihi” serialının işçiləri etiraz ediblər. Etiraza səbəb onların bir həftədir, pullarını ala bilməmələridir. Bundan başqa, Kənanın tez-tez qışqıraraq işçilərə problem yaratması da onları hövsələdən çıxarıb. 

Deputat: “İnsan orqanı satan dəstənin aşkarlanması çox ciddi məsələdir”

15 Mart 2018 12:23

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib.

Orqan alverinə görə həbs edilən şəxs “Qarabağ”ın baş məşqçisinin qardaşıdır

15 Mart 2018 12:22

“Qarabağ”ın U-11 komandasının baş məşqçisi Elşad Xudadatovun qardaşı Vahib Xudadatov həbs olunub.  Məlumata görə, o, cinayət məsuliyyətinə cəlb edilib.