Gündəm

Qurban Qurbanov milli komandanın heyətini açıqladı -  Yeni ADLAR

15 Mart 2018 12:19

15-24 mart tarixlərində Bakıda, martın 25-dən 28-dək isə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq milli komandamızın heyəti açıqlanıb. Yığmamızın baş məşqçisi Qurban Qurbanov 24 futbolçuya dəvət göndərib.

Ukraynalı ekspert: “Azərbaycanda demokratik seçki ənənələri var”

15 Mart 2018 12:13

“Azərbaycanda seçkiöncəsi vəziyyət sabitdir, heç bir gərginlik gözlənilmir. Düşünürəm ki, seçki prosesi məhz belə sabit məcrada davam edəcək”. 

Sevgilisini döydü, indi peşmandır: O video karyeramı məhv etdi - VİDEO 

15 Mart 2018 12:05

"Çox məşhur, tanınan idmançı ola bilərdim. Sevdiyim, bacardığım işlə məşğul ola bilərdim. Lakin o hadisə karyeramı alt-üst etdi". ABŞ-ın Hyuston şəhərindəki (Texas ştatı) "Houston Astros" beysbol klubunun sabiq ulduzu Danri Vaskes belə deyir.

Həsənağa Turabov anıldı

15 Mart 2018 12:02

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Respublika Dövlət mükafatları laureatı, xalq artisti Həsənağa Turabovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbirin aparıcısı Tərlan Akcay iştirakçıları salamlayaraq, sənətkarın çoxsaylı tamaşalarda və ekran əsərlərində böyük ustalıqla canlandırdığı mürəkkəb xarakterli, müxtəlif dünyagörüşlü obrazların kino və teatr tarixində qoyduğu izlərdən danışıb.

Sumqayıtda iki nəfərin ölümünə səbəb olan sürücü həbs edilib

15 Mart 2018 12:00

Sumqayıt şəhərinin polis və prokurorluq əməkdaşları tərəfindən şəhər ərazisində sərxoş halda yol nəqliyyat hadisəsi törədərək insan ölümünə səbəb olan sürücünün cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri tədbirlər görülüb.

Nejat İşlər qala gecəsinə içkili halda qatıldı - FOTO

15 Mart 2018 12:00

Baş rollarını Nejat İşler, Yiğit Özsener, Hande Doğandemir ve Merve Çağıranın canlandırdığı “Kaybedənlər klübü yolda” filminin ötən gecə təqdimatı keçirilib. Olaylar.az bildirir ki, “Kaybedenlər klübü”nün davamı olan filmin rejissoru və ssenarisi Məmməd Ada Öztekindir. 

5 yaşlı qızını dəcəllik etdiyi üçün öldürdü - QANDONDURAN CİNAYƏT

15 Mart 2018 11:57

Rusiyanın Soçi şəhərində baş vermiş dəhşətli qətlin üstü açılıb. Rusiya KİV-i xəbər verir ki, 28 yaşlı Murad Mirzə oğlu Şahmirzəyev 5 yaşlı qızı Veronikanı bıçaqla öldürdükdən sonra Abxaziyaya qaçmaq istəyərkən saxlanılıb. Məlumata görə, evdə dəcəllik edən Veronikaya bir neçə bıçaq vuran Mirzə onun meyitini şəhər kənarına apararaq basdırıb. Sonra isə polis idarəsinə gedərək qızının itkin düşdüyünü bildirib.

“Space”in aparıcısı övladını itirdi – Səbəb

15 Mart 2018 11:53

Space TV-nin xəbər aparıcısı Elvin Basqallıya ağır itki üz verib. Dostarının  verdiyi məlumata görə, Elvin Basqallının 1 yaşılı Fidan adlı qız övladı ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib.

Latviyanın sabiq prezidenti: "Etibarlı cəmiyyətin yaradılması üçün fərqlilikləri qəbul etmək lazımdır"

15 Mart 2018 11:49

"Artıq 6-cı dəfədir keçirilən Qlobal Bakı Forumunun iştirakçılarının sayı artır". Məlumata görə, bunu bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) həmsədri, Latviyanın sabiq prezidenti (1999-2007) Vayra Vike-Frayberqa “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində söyləyib. 

Bayram günləri ilə əlaqədar sərnişin qatarlarına əlavə vaqonlar qoşulur

15 Mart 2018 11:45

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi Novruz Bayramı ərəfəsində gucləndirilmiş iş rejimində çalışacaq. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Bayram ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonların qoşulması təmin edilir.

Türk Hava Yolları yeni təyyarələr alır

15 Mart 2018 11:46

Türk Hava Yolları”aviaşirkəti 60 geniş gövdəli təyyarə (onlardan 10-u opsion çərçivəsində) alacaq. “OLAYLAR” xəbər verir ki, avialayenrlərin 6-sı 2019-cu ildə, 14-ü 2020-ci ildə, 10-u 2021-ci ildə, 12-si 2022-ci ildə, 11-i 2023-cü ildə, 7-si isə 2024-cü ildə şirkətə təhvil veriləcək. Aviaşirkət 30 “Boeing 787-9” (onlardan 5-i opsion çərçivəsində) və 30 “Airbus A350-900” (onlardan 5-i opsion çərçivəsində) əldə edəcək.

Cinayət törədən 18 nəfər saxlanıb

15 Mart 2018 11:43

Ötən gün ərzində Respublikanın daxili işlər orqanları tərəfindən 89 cinayət faktı qeydə alınıb, onların da 16-sı “isti izlər”lə açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Bakıda 3 otaqlı ev yanıb

15 Mart 2018 11:42

Suraxanı rayonunda vətəndaşa məxsus 3 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 90 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 35 m2 sahədə yanıb. Yüksək temperaturdan digər otağın tavanı 25 m2 sahədə əriyib. Evin qalan hissəsi və bitişik olan qonşu ev yanğından mühafizə olunub.

Roma Papası: "VI Qlobal Bakı Forumu mühüm beynəlxalq platformadır"

15 Mart 2018 11:40

Bu gün “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində Roma Papası Fransiskin müraciəti oxunub. Məlumata görə, Roma Papası müraciətində VI Qlobal Bakı Forumunun mühüm beynəlxalq platforma olduğunu vurğulayıb.

Afaq Gəncəli və Nərgiz Məmmədovadan – Gözqamaşdırıcı – FOTOLAR

15 Mart 2018 11:38

ATV telekanalının Novruz bayramı çəkilişlərində iştirak etmiş aparıcılar Afaq Gəncəli və Nərgiz Məmmədovanın libasları bu dəfə çox fərqli idi.