Gündəm
Mehriban Əliyevaya Nizami Gəncəvi Beynəlxalq Mükafatı təqdim olunub
Azərbaycanın I vitse-prezidenti,Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Nizami Gəncəvi Beynəlxalq Mükafatı təqdim edilib. Məlumata görə, M. Əliyeva təhsil və mədəniyyətə verdiyi töhfələrə görə bu mükafatla təltif edilib. Təqdimat bu gün “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunda baş tutub.
Binəli Yıldırım: “Bu il TANAP layihəsi tamamlanacaq və Azərbaycan qazı Türkiyə üzərindən Avropaya ixrac olunacaq”
"Azərbaycan dialoqu təşviq etmək üçün 2012-ci ildə Nizami Gəncəvi Beynəlxalq Mərkəzini yaradıb və qısa müddətdə 100-dən artıq dövlət və hökumət başçısının bir araya gəlməsini təmin edib”.
Afrindən XƏBƏR VAR
Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Suriyanın Afrin şəhərində birgə həyata keçirdikləri “Zeytun budağı” əməliyyatı davam etdirilir. Olaylar.az bildirir ki, əməliyyat zamanı 3524 terrorçu məhv edilib. Məhv edilən terrorçular İŞİD və PKK terror qruplaşmasının üzvləridir.
Rumıniya baş naziri: “Azərbaycanı müsbət bir örnək kimi göstərməliyik”
"İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində Rumıniyanın baş naziri Viorika Dençilenin müraciəti oxunub. Məlumata görə, müraciət Rumıniya baş nazirinin müavini Ana Birçall oxuyub.
Çavuşoğlunun ABŞ-a səfəri təxirə salınıb
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun martın 19-da ABŞ-a nəzərdə tutulan səfəri təxirə salınıb. Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.
Rasim Balayev əməliyyat olunub
Xalq artisti, məşhur aktyor Rasim Balayev əməliyyat olunub. Bu barədə aktyor özü məlumat verib. Onun sözlərinə görə, əməliyyat martın 14-də Mərkəzi Gömrük Hospitalında olub: “Elə ciddi problem deyil, narahat olmağa dəyməz.
Türkiyənin baş naziri: "Dağlıq Qarabağ Azərbaycanın qanayan yarasıdır"
"Türkiyə 3 milyondan çoxsuriyalı qaçqına ev sahibliyi edir. Ancaq dünya bu böhranı aradan qaldıra bilmir". Məlumata görə, bunu bu gün Türkiyənin baş naziri Binəli Yıldırım “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
BMT baş katibi VI Qlobal Bakı Forumunun keçirilməsinə görə təşəkkür edib
Bu gün “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində BMT baş katibi Antonio Quterrişin müraciəti oxunub. Məlumata görə, müraciəti BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai oxuyub.
Tereza Mey: "Böyük Britaniya Azərbaycanla əməkdaşlığı daha da genişləndirəcək"
Bu gün “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində Böyük Britaniyanın baş naziri Tereza Meyin müraciəti oxunub. Məlumata görə, Böyük Britaniya baş naziri müraciətində Azərbaycanı 6-cı dəfə Qlobal Bakı Forumuna ev sahibliyi etdiyi üçün təbrik edib.
Polis Novruz bayramında gücləndirilmiş iş rejimində xidmət aparacaq
Novruz bayramı günlərində daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində işləyəcək. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Novruz bayramı günlərində əhalinin kütləvi istirahət yerlərində və digər ərazilərdə asayişi mühafizə tədbirlərinin və hüquq qaydasına nəzarətin gücləndirilməsi məqsədi ilə müvafiq əmr imzalayıb.
Aygün Kazımova əməliyyatdan sonra arıqlayıb tanınmaz hala düşdü
Xalq artisti Aygün Kazımova sosial şəbəkədə yeni fotolarını paylaşıb. Müğənninin xeyli arıqlaması diqqət çəkib. Kazımovanın şəkilləri müzakirələrə səbəb olub. İzləyiciləri onun çox dəyişdiyini və daha cavan göründüyünü yazıblar. Aygünün fotosuna 13 mindən çox bəyəni, 500-dən çox şərh gəlib.
Meksikada sərnişin avtobusu aşıb, azı 12 uşaq xəsarət alıb
Meksikada avtomagistralda sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə nəticəsində azı 12 uşaq xəsarət alıb. Məlumata əsasən, sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəza zamanı avtobusda 46 nəfər olub, onların əksəriyyətinin məktəblilər olduğu bildirilir.
Hərbi helikopter qəzaya uğradı
Seneqalın cənubunda hərbi helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 13-ü xəsarət alıb. Bu barədə yerli hökumətin yaydığı açıqlamada bildirilir. “Xilasedici xidmətlərdən aldığımız son məlumata görə, hadisə nəticəsində 6 nəfər ölüb, 14 nəfər xəsarət alıb. Yaralılardan 3-nün vəziyyəti ağırdır”, məlumatda deyilir.
Telefonla oynadığı yerdə 8 metr hündürlükdən yıxılıb öldü
Çində gənc oğlan telefonla oynadığı zaman 8 metr hündürlükdən yıxılaraq dünyasını dəyişib. Hadisə Anhoy əyalətində baş verib. Tszyuxuaşan dağına ekskursiyaya gələn turistlərdən biri diqqətsizliyi üzündən həyatını itirib. Ekskursiyaya atası ilə gələn gənc oğlan maraqlı yerlərə baxmaqdan yorulub və turistləri yıxılmaqdan qoruyan mühəccərin üstündə oturaraq telefonla oynamağa başlayıb.
“Gəl baharım, gəl yazım” tamaşası təqdim olunacaq - Uşaqlar üçün
Akademik Milli Dram Teatrı Novruz bayramı günlərində azyaşlı tamaşaçılar üçün “Gəl baharım, gəl yazım” tamaşasını təqdim edəcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, səhnə əsəri Xanım Həsənovanın eyniadlı əsəri əsasında hazırlanıb. Səhnə əsərinin rejissoru Anar Babalı, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Könül Kərimovadır.













