Gündəm

Yunanıstan Türkiyəyə məxsus yaxtanı azad etdi

15 Mart 2018 09:31

Yunanıstan Akdənizdə Türkiyə bayrağı altına saxladığı “Halis Temel” yaxtasını qarşı tərəfə təhvil verib. Yaxtanın kapitanı Hakan Tekerek 110 min avro pul müqabilində azad olunub. “Halis Temel” artıq Bodrum sularına gətirilib.

Arif Əzizin "Maestro &Masters” sərgisi

15 Mart 2018 09:31

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sərgi salonunda görkəmli rəssam, Əməkdar incəsənət xadimi, Dünya Rəssamlıq Akademiyasının həgigi üzvü, ADMİU-nun “Dizayn və dekorativ-tətbiqi sənət” kafedrasının müdiri, professor Arif Əzizin və onun magistr tələbələrinin “Maestro & Masters” sərgisi keçirilib. Arif Əzizin 75-illik yubileyinə həsr olunmuş sərgi Universitetin tarixində ilk dəfə olaraq “müəllim-tələbə” formatında təşkil olunub. Olaylar.az bildirir ki, 40 ildən artıq Azərbaycan incəsənətində imzası ilə tanınan Arif Əzizin yaradıcılıq diapazonu dekorativ sənət, qrafika, rəngkarlıq, dizayn, teatr-dekor, moda sahələrini əhatə etməklə, ardıcıl şəkildə milli təsviri incəsənətimizin son yarım əsrdə keçdiyi tərəqqi yolunu özündə aydın və emosional tərzdə əks edir. Rəssamın yaradıcılıq fəaliyyətinin əvəzedilməz məqamını onun pedagoji aspekti təşkil edir. Yarım əsrə yaxındır ki, bu fəaliyyət ADMİU-da davam edir, gənc rəssam və sənətkarları zənginləşdirir.

Suriyalılar Afrində

15 Mart 2018 09:29

Suriya ordusunun xüsusi təyinatlıları Afrinin mərkəzindədir.  Azad Suriya Ordusunun Türkiyədə xüsusi təlim görmüş təyinatlı 400 hərbçisi Afrinin mərkəzinə göndərilib.

Pakistanda partlayış

15 Mart 2018 09:22

Pakistanın Lahor şəhəri yaxınlığında güclü partlayış baş verib. Hadisə nəticəsində 4-ü polis əməkdaşı olmaqla azı 6 nəfər ölüb.

Baş nazir istefa verir

15 Mart 2018 09:21

Slovakiyada araşdırmaçı jurnalist Yan Kuçiakın qətlindən sonra ölkədəki siyasi böhran pik həddinə çatıb. Ölkədə davam edən nümayişlər və iki nazirin istefasının ardınca martın 14-də baş nazir Robert Fitso istefaya çıxmasını təklif edib.

“Pəncərə klubu”nun növbəti tədbiri

14 Mart 2018 21:05

“Pəncərə klubu”nun Novruz bayramına həsr olunan növbəti gecəsi “Muğam klub”da keçirilib. Tədbir simvolik olaraq “Keçmişə açılan pəncərə” adlanıb. Tədbirdə Xalq yazıçıları Anar, Çingiz Abdullayev, Xalq Rəssamı Fərhad Xəlilov, Xalq artistləri Fəxrəddin Manafov, Oqtay Mirqasımov, Yalçın Adıgözəlov, Ramiz Həsənoğlu və başqaları iştirak edib. Gecəni Əməkdar Artist Nərgiz Cəlilova açaraq tədbirin məhz Yel çərşənbəsində keçirilməsinin heç də təsadüfi olmadığını bildirib. “Pəncərə klubu”nun rəhbəri yazıçı-publisist Günel Anarqızı tamaşaçılara təqdim olunan sayca 12-ci gecənin məqsəd-məramından danışıb.

Hollandiyada 29 min ördək məhv ediləcək

14 Mart 2018 19:10

Hollandiyanın Overijssel bölgəsində ördək fermasında quş qripi aşkarlanıb. Məlumata görə, virusun yayılmaması üçün 29 min ördək məhv ediləcək. Fermanın ətrafındakı 10 kilometrlik ərazidə karantin elan edilib.

İsveçrəli mühəndislər rəqs edən robot təqdim ediblər - VİDEO

14 Mart 2018 19:00

İsveçrə Federal Texnologiya İnstitutunun mühəndisləri bir neçə il bundan öncə hazırlanmış "Anymal" adlı dördayaqlı robotun bacarıqlarını genişləndiriblər. Əvvəllər liftdən istifadə və müxtəlif maneələri dəf edə bilən robot indi, həmçinin musiqi sədaları altında rəqs edir.

İDDİA: Paket çayları orqanizm üçün ciddi təhlükədir!

14 Mart 2018 18:55

Paket çayları insan orqanizmi üçün ciddi təhlükə yaradır. Amerika alimləri bəyan ediblər ki, paket çaylardan istifadə orqanizmdə flüor maddəsinin artmasına səbəb olur. Xarici mətbuatın yazdığına görə, alimlər tez dəm alan 10 çay növü üzərində araşdırma apararaq müəyyən ediblər ki, bu bitkinin bir neçəsində flüorun norması 2,5 dəfə artıqdır. Flüor sümük dərisini bərkidir və skleti kövrək edir.

Xolesterini bir ayda yox edən təbii kokteyl...

14 Mart 2018 18:50

Bir ayda qanda şəkərin miqdarını, xolesterini, triqliserid və lipidləri aradan qaldırmaq olar. Bunun üçün cəmi bir inqrediyent lazımdır. Bu resepti sadə inqrediyentlər tələb edir: çiy balqabaq və su. Təxminən 100 qram çiy balqabaq və bir az suyu (100-150 ml) blenderdən yaxşıca keçirin.

Açıqlandı: Bu qida bahar qripinə qarşı ən təsirlidir!

14 Mart 2018 18:45

Artıq ölkəmizə yaz fəsli qədəm qoymaqdadır. Təbiətin oyandığı bu vaxtlarda qrip və soyuqdəymədən yaranan digər xəstəliklər də “cana gəlirlər”. Ekspert Diyetisyen Pınar Qayda min bir dərdə dərman sarımsağın bahar qripinə qarşı ən təsirli qida olduğunu ifadə etdi.

XƏBƏRDARLIQ: Kompüterdən gələn 7 təhlükəli xəstəlik!

14 Mart 2018 18:40

Kompüter yəqin ki, son illərdə insan oğlunun icad etdiyi ən faydalı qadjetlərindən biri sayılır. Biz ondan demək olar ki, həyatın bütün aspektlrində istifadə edirik: şəxsi həyatda, işdə, nəqliyyatda, təhsildə, hatta tanışlıq məqsədləri üçün. Çoxumuz ona elə öyrəşmişik ki, vaxtımızın böyük hissəsini onun arxasında keçiririk. Elə buna görə də həyatın necə axıb getidiyinin fərqində olmuruq...

Romada daş-qaşlarla dolu məzar tapılıb!

14 Mart 2018 18:35

Tarix boyu axtarılan xəzinələr sən demə məzarlarda gizli imiş. Müxtəlif filmlərdə gördüyümüz xəzinə xəritərələri adalardan deyil, məhz Romadan tapıldı. İlk dəfə olaraq 1578-ci ildə ortaya çıxan Roma məzarları tarix həvəskarlarının diqqətini çəkir. Romanın tarixi qədər maraqlı tarix demək olar ki, yoxdur. Burada yerləşən ehramların hər biri geniş və maraqlı tarixi hadisələrdən xəbər verir .