“Pəncərə klubu”nun növbəti tədbiri

“Pəncərə klubu”nun Novruz bayramına həsr olunan növbəti gecəsi “Muğam klub”da keçirilib. Tədbir simvolik olaraq “Keçmişə açılan pəncərə” adlanıb. Tədbirdə Xalq yazıçıları Anar, Çingiz Abdullayev, Xalq Rəssamı Fərhad Xəlilov, Xalq artistləri Fəxrəddin Manafov, Oqtay Mirqasımov, Yalçın Adıgözəlov, Ramiz Həsənoğlu və başqaları iştirak edib. Gecəni Əməkdar Artist Nərgiz Cəlilova açaraq tədbirin məhz Yel çərşənbəsində keçirilməsinin heç də təsadüfi olmadığını bildirib. “Pəncərə klubu”nun rəhbəri yazıçı-publisist Günel Anarqızı tamaşaçılara təqdim olunan sayca 12-ci gecənin məqsəd-məramından danışıb.

"Pəncərə klubu"nun Novruz bayramına həsr olunan növbəti gecəsi "Muğam klub"da keçirilib. Tədbir simvolik olaraq "Keçmişə açılan pəncərə" adlanıb. Tədbirdə Xalq yazıçıları Anar, Çingiz Abdullayev, Xalq Rəssamı Fərhad Xəlilov, Xalq artistləri Fəxrəddin Manafov, Oqtay Mirqasımov, Yalçın Adıgözəlov, Ramiz Həsənoğlu və başqaları iştirak edib.

Gecəni Əməkdar Artist Nərgiz Cəlilova açaraq tədbirin məhz Yel çərşənbəsində keçirilməsinin heç də təsadüfi olmadığını bildirib. "Pəncərə klubu"nun rəhbəri yazıçı-publisist Günel Anarqızı tamaşaçılara təqdim olunan sayca 12-ci gecənin məqsəd-məramından danışıb.

Tədbirdə musiqiçilərin çıxışı dinlənilib, həmçinin Xalq Artisti Fəxrəddin Manafov və Əməkdar Artist Mehriban Zəki Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anarın 80 illik yubileyi münasibətilə onun əsərlərindən parçalar səsləndiriblər.

Daha sonra AYB-nin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev yubilyarı təbrik etdi, yazıçı ilə bağlı yaddaqalan və unudulmaz anlarını bölüşüb.

Sonda iştirakçılara bayram hədiyyələri təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31